Dünya liderlərinin maaşları həmişə sadə vətəndaşların diqqət mərkəzində olub.
oxu24.com Lent.az-a istinadən dünyanın aparıcı ölkə liderlərinin maaşlarını təqdim edir.
Ağ Evdən verilən rəsmi məlumatlara görə, Amerika Birləşmiş Ştatlarının prezidenti Donlad Trampın illik maaşı 400 min dollardır. Onun ayda təqribən 33 min dollar aldığı bildirilir. Buna baxmayaraq, Donald Tramp prezident seçildikdən sonra maaşından imtina etdiyini, simvolik olaraq mühasibatlığın maaş cədvəlində ona 1 dollar yazıldığını demişdi.
Rusiya prezidenti Vladimir Putinin illik maaşı isə 156.143 ABŞ dollar həcmindədir. Rəsmi məlumatlara görə, Kreml rəhbərinin aylıq maaşı 13.012 dollardır.
Almaniya kansleri Angela Merkel ildə 239.390,00 ABŞ dollarını bank hesabına köçürür. Onun hər ay qatlayıb mücrüsünə qoyduğu məbləğ isə 19.949,00 dollardır.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Tereza Mey ildə 181.035,00 dollar maaş alır. Onun aylıq gəliri təqribən 15.086.00 ABŞ dolları həcmindədir.
Çin lideri Xi Jinpinqin illik gəliri digər həmkarlarına baxanda azdır. Rəsmi rəqəmlərə görə, o, ildə 19.811,00 dollar maaş alır. Xi Jinpinqin aylıq gəliri isə 1.651.00 ABŞ dollarıdır.
Kanadanın gənc və yaraşıqlı baş naziri Castin Trudeuya ayrılan maaşın həcmi isə 251.694 dollardır. Trudeu ayda nə az, nə çox, 20,974.00 Amerika dolları ilə sərvətini zənginləşdirməyə çalışır. Oxu24.com
ŞƏRHLƏR