Netanyahu Azərbaycana səfər edəcək
28 Aprel 2025, 13:52
Qaynar xətt:
(+99450) 247 90 86Putinin böyük planı
DÜNYA
545
22.03.2025, 23:19
Rusiya lideri Vladimir Putin Ukraynada mümkün sülh danışıqları zamanı heç nəyi riskə atmaq istəmir, onun böyük planları var.
Oxu24.com xəbər verir ki, bu barədə CNN-nin analitik materialında deyilir.
"Rusiya lideri və ətrafı açıq şəkildə bəyan edir ki, strateji məqsədləri dəyişməz olaraq qalır. Sülhdən danışsa da, Kreml münaqişənin "əsas səbəblər"inin aradan qaldırılmasında israrlıdır. Bura Ukraynanın suverenliyinin ləğvi, hökumətin (Prezident Volodimir Zelenskinin) dəyişdirilməsini və NATO-nun Şərqi Avropadakı təsirinin məhdudlaşdırılması daxildir.
Putin 2022-ci ildə Kiyevdə rusiyapərəst rejim qurmaq, Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyünün qarşısını almaq məqsədilə genişmiqyaslı işğala başlayıb. Döyüş meydanında uğursuzluğa düçar olsa da, bu məqsədindən dönməyib", - materialda vurğulanır.
Mənbə qeyd edir ki, Rusiyanın başqa ölkədə məqsədlərinə nail olmasının ən asan yolu hərbi variant yox, müdaxilə və seçki prosesidir:
"Ona görə də Kreml Zelenskinin legitimliyinə şübhə ilə yanaşır və seçkilərdə israr edir, bu prosesdən öz məqsədləri üçün istifadə etməyə çalışır. Putin həm də Ukraynanın neytral dövlət olaraq qalmasını və NATO-ya üzv olmamasını istəyir".
Həmçinin oxuyun
Kremlin qlobal ambisiyalarına gəlincə, CNN hesab edir ki, Putin Rusiyanın böyük dövlət statusunu bərpa etməyə və ABŞ-nin dünyada təsirini zəiflətməyə çalışır: "Bu məqsədlə Qərbin əleyhdarları olan ölkələrlə - Çin, Şimali Koreya, İran və digərləri ilə koalisiya yaradır".
Analitik Monika Uaytın fikrincə, Rusiya bütün mühüm danışıqlar masasında olmaq istəyir, sabitliyi pozmaqla proseslərdə aparıcı rol oynamağa çalışır.
"Putin əmindir ki, Rusiya dünya nizamının müəyyən edilməsində iştirak etməlidir. Bəlkə də Vaşinqtonda onunla həmfikir olanlar var. Məsələn, Tramp hesab edir ki, dünyanın ən qüdrətli ölkələri ərazilərin yenidən bölüşdürülməsi olsa belə, öz mülahizələri ilə hərəkət etmək hüququna malikdir", - materialda bildirilir.
Siyasi ekspert Mark Qaleotti bu barədə söyləyir: "Trampın nöqteyi-nəzərindən Ukrayna ABŞ və Rusiya arasında razılaşmanı qəbul etməli olan vassal dövlətdir".
14:11 / 28 Aprel 2025
Hərbçimiz mənzildə canına qıydı
1
14:08 / 28 Aprel 2025
Mayın 1-dən uşaqların I sinfə qəbulu başlayır
1
14:02 / 28 Aprel 2025
Sabah yağıntılar və külək tədricən kəsiləcək
5
13:52 / 28 Aprel 2025
Netanyahu Azərbaycana səfər edəcək
11
13:50 / 28 Aprel 2025
Çinlilər Amerika taxılı olmadan yaşayacaq
13
13:29 / 28 Aprel 2025
Mayın 28-dək meteor yağışı olacaq
17
13:23 / 28 Aprel 2025
Baş nazirdən maaşlarla bağlı qərar
316
13:07 / 28 Aprel 2025
Azərbaycanda aktyor vəfat etdi
1011
13:04 / 28 Aprel 2025
Prezident Pezeşkianı qarşıladı - Video
31
12:55 / 28 Aprel 2025
Cənubi Koreya həyəcan təbili çalır: Rusiya-KXDR ittifaqı sülhü təhdid edir
16
12:44 / 28 Aprel 2025
Eldəniz Zeynalov ölümqabağı son məktubunda Telman Adıgözəlovdan nə istəmişdi?
126
12:38 / 28 Aprel 2025
Vəkillər Kollegiyasının nümayəndə heyəti Türkiyədə beynəlxalq konqresdə çıxış edib
21
12:33 / 28 Aprel 2025
İsrail Qəzzaya yardım göndərir, HƏMAS oğurlayır
16
12:24 / 28 Aprel 2025
"Kişilər katibəsinə sadəcə toxunaraq sakitlik tapır, qadın isə..." - Psixoloqdan maraqlı açıqlama
411
12:12 / 28 Aprel 2025
Bu 6 tətbiq kartınızdakı pulları çəkir - Dərhal silin!
205
12:10 / 28 Aprel 2025
Şirvanda 7 yaşlı uşaq qıcolmadan öldü
26
12:08 / 28 Aprel 2025
Rusiya Şimali Koreyaya hərbi yardım təklif edir
25
12:05 / 28 Aprel 2025
Rusiyada hava limanı bağlandı - Təhlükə var?
30
11:57 / 28 Aprel 2025
Hindistan-Pakistan sərhədində atışma
30
11:55 / 28 Aprel 2025
Ukrayna məhkəməsi Viktor Yanukoviçi 15 il müddətinə azadlıqdan məhrum edib
29
11:52 / 28 Aprel 2025
Səfirliyimizə hücum edən şəxsin edamına hazırlıqlar tamamlanıb
40
11:46 / 28 Aprel 2025
Türkiyədə yenə ard-arda zəlzələ oldu
259
11:44 / 28 Aprel 2025
Prezidentdən konfrans iştirakçılarına - Müraciət
38
11:40 / 28 Aprel 2025
Çaylarda sululuq artıb
36
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.