Qaynar xətt:

(+99450) 247 90 86

43 yaşlı aktrisa öldü 

DÜNYA

150

17.03.2025, 11:38

Belçikalı aktrisa Emilie Decenne 43 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Oxu24.com xəbər verir  ki, bu barədə Fransanın mədəniyyət naziri Raşida Dati X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Kann kinofestivalının ən yaxşı qadın rolu üzrə qalibi nadir xərçəng növü ilə mübarizə apardıqdan sonra Paris xəstəxanasında dünyasını dəyişib.

“Emilie Dekenne xəstəlikdən sonra bizi tərk etdi.  O, beş dəfə Sezar Mükafatına namizəd olub... Frankofoniya kinosu hələ təklif edəcəyi çox şey olan istedadlı aktrisanı çox erkən itirdi”, - deyə nazir paylaşıb.

Nigar