Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
19 Noyabr 2026, 17:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
428
11.03.2025, 18:06
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Polşaya rəsmi səfəri çərçivəsində Polşa Respublikasının Senatının vitse-marşalı Mixal Kaminski ilə görüşüb.
Oxu24.com xəbər verir ki, görüş zamanı Türk dünyası və Polşa arasında mədəni əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və mədəni irsin qorunması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
Xanım Raimkulova Fondun Türk dünyasının mədəni və tarixi irsinin qorunması və təşviqi sahəsində gördüyü işlər, eləcə də Polşa ilə bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri barədə məlumat verib.
O, Polşada yaşayan türk mənşəli icmaların – tatarların və karaimlərin mədəni irsinin qorunması və öyrənilməsi sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Senatın vitse-marşalı cənab Kaminski Polşanın tarixi və mədəni irsin qorunmasına böyük önəm verdiyini qeyd edərək, Türk dünyası ilə mədəni mübadilənin inkişaf etdirilməsinin əhəmiyyətini bildirib.
Görüşdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova və Qazaxıstan Respublikasının Polşa Respublikasındakı səfiri Alim Kirabayev iştirak ediblər.
Görüş tərəfləri maraqlandıran digər məsələlər üzərində müzakirələrlə davam edib.
18:55 / 19 Noyabr 2026
13
18:50 / 19 Noyabr 2026
51
18:07 / 19 Noyabr 2026
72
17:58 / 19 Noyabr 2026
90
17:50 / 19 Noyabr 2026
77
17:47 / 19 Noyabr 2026
288
17:45 / 19 Noyabr 2026
84
17:41 / 19 Noyabr 2026
81
17:34 / 19 Noyabr 2026
87
17:30 / 19 Noyabr 2026
98
17:20 / 19 Noyabr 2026
91
17:15 / 19 Noyabr 2026
94
17:01 / 19 Noyabr 2026
249
16:51 / 19 Noyabr 2026
362
16:50 / 19 Noyabr 2026
132
16:48 / 19 Noyabr 2026
104
16:35 / 19 Noyabr 2026
121
16:29 / 19 Noyabr 2026
117
16:24 / 19 Noyabr 2026
119
16:18 / 19 Noyabr 2026
139
16:15 / 19 Noyabr 2026
448
16:12 / 19 Noyabr 2026
112
16:10 / 19 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.