Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
19 Noyabr 2026, 17:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
476
10.03.2025, 22:59
Suriya Rusiya ilə dərin strateji əlaqələri saxlamaqda maraqlıdır, ona görə də respublikanın yeni hakimiyyət orqanları ölkələr arasında münasibətlərin parçalanmasının qarşısını almağa çalışır.
Bunu Reuters agentliyinə müsahibəsində Suriyanın keçid hökumətinin prezidenti Əhməd əl-Şaraa deyib.
“Biz Suriya ilə Rusiya arasında parçalanma istəmirik. Biz Rusiyanın Suriyadakı mövcudluğunun dünyanın heç bir ölkəsi üçün təhlükə və ya təhdid olmasını istəmirik, lakin bu dərin strateji əlaqələri davam etdirmək istəyirik”.
Müvəqqəti prezidentin sözlərinə görə, Rusiya ilə Suriya arasında əlaqələr o qədər sıx olub ki, Bəşər Əsədin devrilməsindən sonra ölkənin yeni hakimiyyəti Rusiya tərəfi ilə qarşıdurmadan yayınaraq, “görüşlər və dialoq üçün yer buraxmaq” qərarına gəlib.
Moskva və Dəməşq Ərəb Respublikasında Rusiya hərbi bazalarının saxlanılması ilə bağlı danışıqlar aparır. Rusiya Suriyada iki hərbi obyektə - Tartus liman şəhərindəki Rusiya Hərbi Dəniz Qüvvələrinin logistika mərkəzinə və Latakiya əyalətinin Cebla şəhəri yaxınlığında yerləşən Xmeymim aviabazasına malikdir.
Martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı qruplar arasında toqquşmalar başlayıb. Ən şiddətli döyüşlər Əsəd ailəsinin mənsub olduğu etnik azlıq olan ələvilərin yaşadığı Cəblədə baş verib.
Son məlumatlara görə, Suriyanın qərbində vəziyyətin gərginləşməsi başlayandan bəri keçmiş prezidentin 250 silahlı tərəfdarı öldürülüb, yeni hakimiyyətin tabeliyində olan təhlükəsizlik qüvvələri isə 231 döyüşçünü itirib. Dinc sakinlər arasında ölənlərin sayı 900-ü keçib, əksəriyyəti Ələvi icmasındandır.
Nigar
19:10 / 19 Noyabr 2026
21
19:05 / 19 Noyabr 2026
36
18:55 / 19 Noyabr 2026
59
18:50 / 19 Noyabr 2026
93
18:07 / 19 Noyabr 2026
164
17:58 / 19 Noyabr 2026
98
17:50 / 19 Noyabr 2026
85
17:47 / 19 Noyabr 2026
326
17:45 / 19 Noyabr 2026
91
17:41 / 19 Noyabr 2026
89
17:34 / 19 Noyabr 2026
91
17:30 / 19 Noyabr 2026
101
17:20 / 19 Noyabr 2026
101
17:15 / 19 Noyabr 2026
99
17:01 / 19 Noyabr 2026
272
16:51 / 19 Noyabr 2026
377
16:50 / 19 Noyabr 2026
135
16:48 / 19 Noyabr 2026
110
16:35 / 19 Noyabr 2026
126
16:29 / 19 Noyabr 2026
119
16:24 / 19 Noyabr 2026
123
16:18 / 19 Noyabr 2026
140
16:15 / 19 Noyabr 2026
458
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.