OMON-çuların öldürdüyü Səfərovların - Fotoları
28 İyun 2025, 13:38
Qaynar xətt:
(+99450) 247 90 86Kameralı eynək almaq istəyənlərin DİQQƏTİNƏ
DÜNYA
409
09.03.2025, 09:48
Qanunsuz mini kameralı eynəklər ilk baxışdan adi bir aksesuar təsirini bağışlasa da, əslində şəxsi məxfiliyi pozmaq və gizli müşahidə aparmaq məqsədilə dizayn edilib.
Belə cihazların istifadəsi qanunla qadağan olunsa da, satışı həyata keçirilir.
Sosial şəbəkələrdə açıq şəkildə "çatdırılma" xidməti ilə təklif olunan bu eynəkləri almaq istəyən şəxsin qeyd olunan nömrəyə zəng etməsi kifayətdir. Zəng etdiyiniz zaman isə avtomatik olaraq "nömrə təyin olunmayıb" ifadəsini eşidirsiniz. Hər nə qədər "nömrə təyin olunmasa" da, mesaj yazdığımız zaman dərhal cavablandırılır. Bu üsul həm satıcının anonimliyini, həm də əməliyyatın gizliliyini qorumaq üçün nəzərdə tutulub.
Mütəxəssislərin sözlərinə görə, bu məhsulların istifadə qaydalarına düzgün riayət edilmədiyi zaman ciddi təhlükəsizlik riski böyükdür.
"Bu eynəklərin şüşəsi həddindən artıq tünd olduğuna görə, adi eynək kimi maşın, velosiped sürəndə istifadə edilməməlidir. Eynəklərin üstündə xüsusi mexanizimlər olduğuna görə, həddindən artıq qızma nəticəsində partlama hadisəsi baş verə və bu zaman gözlərin ciddi zərər görməsi qaçılmazdır", - deyə təhlükəsizlik üzrə ekspert Orxan Musayev qeyd edib.
Həm satışı, həm də istifadəsi qanunsuz olan bu məhsullar gömrükdən necə keçirilir?
Dövlət Gömrük Komitəsindən bildirilir ki, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin ölkə ərazisinə gətirilməsi üçün xüsusi icazənin verilməsi qaydaları və xüsusi icazəni verən mərkəzi icra hakimiyyəti orqanlarının siyahısı "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanı ilə tənzimlənir.
"Adıçəkilən fərmanın iki nömrəli əlavəsinin 12-ci bölməsinə əsasən, əşyaların dövriyyəsinə xüsusi icazə müvafiq xüsusi icazəni verən dövlət orqanının rəhbəri tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiq edilir. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin xüsusi icazə sənədi təqdim olunmadıqda ölkə ərazisinə gətirilməsinə yol verilmir. Müvafiq icazə yalnız müəyyən dövlət orqanlarına verilir. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanuna görə, bu texniki vasitələrdən yalnız hüquq-mühafizə və xüsusi xidmət orqanları, o cümlədən Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumlar istifadə edə bilər".
Belə olan halda, bu məhsulların satışı qanunla necə tənzimlənir?
Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, Cinayət Məcəlləsinə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldə etmə cinayət məsuliyyəti yaradır.
Həmçinin oxuyun
14:43 / 28 İyun 2025
Azərbaycan Rusiyaya rəsmi etiraz etdi
162
13:50 / 28 İyun 2025
Sabahın havası
65
13:38 / 28 İyun 2025
OMON-çuların öldürdüyü Səfərovların - Fotoları
329
13:36 / 28 İyun 2025
Rusiyada öldürülən azərbaycanlıların sayı 5-ə çatdı
81
13:24 / 28 İyun 2025
Səfərov qardaşlarının əmisi oğlu da öldürüldü
88
13:16 / 28 İyun 2025
Bütün kişiləri döyüb apardılar - Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI
297
13:14 / 28 İyun 2025
Şəhla Vəliyeva faciəli şəkildə dünyasını dəyişdi
694
11:30 / 28 İyun 2025
SON DƏQİQƏ! Rusiyada öldürülən azərbaycanlılar görün kim imiş - YENİ DETALLAR
962
11:19 / 28 İyun 2025
AZAL uçuşları bərpa edir
50
11:07 / 28 İyun 2025
SON DƏQİQƏ! Rusiyada azərbaycanlılara hücum: XİN bəyanat yaydı
622
09:58 / 28 İyun 2025
Bu dezodorant səssizcə sağlamlığı məhv edir
57
09:29 / 28 İyun 2025
Bu sosial şəbəkədən hesablar kütləvi şəkildə oğurlanır- VİDEO
51
09:19 / 28 İyun 2025
5 ay sonra meyiti tapıldı
54
09:15 / 28 İyun 2025
Bakıda baş vermiş yanğında zərərçəkənlər danışdı . - VİDEO
54
09:00 / 28 İyun 2025
Bakıda xanım sürücü qəribə qəza törətdi - VİDEO
64
03:32 / 28 İyun 2025
800 min dollara uçan avtomobillər - FOTOlar
83
01:45 / 28 İyun 2025
Rəhman Rəhmanov xəstəxanaya yerləşdirildi
564
00:11 / 28 İyun 2025
“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO
101
23:56 / 27 İyun 2025
Soçidə iki sərnişin təyyarəsi toqquşdu - FOTO
85
23:24 / 27 İyun 2025
Rusiyada OMON dəstəsi azərbaycanlı qardaşları öldürdü
95
22:51 / 27 İyun 2025
İmtahanlar bitdiyi üçün sevinib 1 litr araq içdi, komaya düşdü
104
22:32 / 27 İyun 2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
92
22:03 / 27 İyun 2025
Kadırov oğlunu evləndirir
97
20:46 / 27 İyun 2025
DİN sürücü və valideynlərə xəbərdarlıq edib
115
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.