“WhatsApp”da ödəniş dönəmi başladı
24 Avqust 2026, 21:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
366
03.03.2025, 20:05
Həmdan yaydığı videoda İsrailin atəşkəs razılaşmasını pozması ilə bağlı açıqlamalar verib.
HƏMAS Hərəkatının Siyasi Bürosunun üzvü Usamə əl-Həmdan bildirib ki, vasitəçilər Qəzzada atəşkəs razılaşmasının qorunması üçün üzərinə düşəni etməli və İsrailin baş naziri Benyamin Netanyahunu razılaşmanın ikinci mərhələsinə keçməyə məcbur etməlidir.
Həmdan İsrailin pozuntularının 6 maddə altında qruplaşdırıldığını qeyd edərək, bunların "yardım və sığınacaq, humanitar protokol, sahədəki pozuntular, məhbuslar, Rəfah Sərhəd Qapısı və Filadelfi Dəhlizi və siyasi pozuntular" olduğunu bildirib.
Həmdan beynəlxalq ictimaiyyəti atəşkəsin ikinci mərhələsi üçün Netanyahuya təzyiq göstərməyə çağırıb:
“Biz beynəlxalq ictimaiyyəti və BMT-ni işğalçıları razılaşmaya qayıtmağa və daimi atəşkəs, bütün qüvvələrin çıxarılması, xalqımıza yardım və sığınacaq verilməsi, işğal nəticəsində dağıdılmış ərazilərin yenidən qurulmasını ehtiva edən ikinci mərhələyə keçməyə məcbur etmək üçün səy göstərməyə çağırırıq”.
Həmdan həyat qurtaran yardımların Qəzzaya daxil olması üçün sərhəd qapılarının açılmasını istəyib və "Fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu, paytaxtı Qüds olan müstəqil, suveren Fələstin dövlətinin qurulmasını və qaçqınların geri qaytarılmasını təmin edən BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsinin" icrasını tələb edib.
Həmdan vurğulayıb ki, atəşkəsin pozulmasının qarşısını almaq və razılaşmanın davamını təmin etmək üçün bütün səylər vasitəçilərin və zaminlərin üzərinə düşür.
Üsamə əl-Həmdan çıxışında İsrailin müqaviləni ləğv edərək tamamilə yeni bir razılaşma yaratmağa çalışdığına və yenidən sıfır nöqtəsinə qayıtmağın tərəfdarı olduğuna diqqət çəkib.
00:04 / 25 Avqust 2026
74
00:01 / 25 Avqust 2026
46
23:54 / 24 Avqust 2026
64
22:49 / 24 Avqust 2026
72
22:49 / 24 Avqust 2026
75
22:25 / 24 Avqust 2026
181
22:06 / 24 Avqust 2026
71
21:40 / 24 Avqust 2026
70
21:17 / 24 Avqust 2026
95
20:58 / 24 Avqust 2026
103
20:58 / 24 Avqust 2026
102
20:28 / 24 Avqust 2026
75
20:00 / 24 Avqust 2026
79
19:45 / 24 Avqust 2026
94
19:38 / 24 Avqust 2026
95
19:29 / 24 Avqust 2026
87
19:18 / 24 Avqust 2026
180
19:13 / 24 Avqust 2026
83
19:08 / 24 Avqust 2026
938
19:00 / 24 Avqust 2026
73
18:59 / 24 Avqust 2026
401
18:57 / 24 Avqust 2026
91
18:51 / 24 Avqust 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.