“WhatsApp”da ödəniş dönəmi başladı
24 Avqust 2026, 21:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
470
03.03.2025, 10:55
Terrorçu Kürdüstan Fəhlə Partiyasının lideri Abdullah Öcalanın tərksilah çağırışına əməl etməkdən imtina edəcəyi təqdirdə Ankara ətraflı fəaliyyət planı hazırlayır.
Oxu24.com xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, İraqın şimalındakı Qəndil düşərgəsində yerləşən silahlılar silahı yerə qoymasalar, bu, onların Öcalana sədaqətini şübhə altına alacaq. Belə olan halda o, PKK-nın artıq onun rəhbərliyinə tabe olmadığını və xarici dövlətlərin maraqlarından çıxış etdiyini bildirərək, ictimaiyyət qarşısında təşkilatdan uzaqlaşa bilərdi.
PKK daha əvvəl İmralı adasındakı həbsxanada ömürlük həbs cəzası çəkən Öcalanın çağırışına cavab olaraq atəşkəs elan etmişdi. Lakin partiya israr edir ki, özünün buraxılması ilə bağlı yekun qərar yalnız liderin şəxsi iştirakı ilə keçiriləcək qurultayda verilə bilər.
Ankara qrupun tam və qeyd-şərtsiz tərksilah edilməsində israrlıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prosesi ləngitməyə cəhdlərin razılaşmaların pozulması kimi qiymətləndiriləcəyini, bu halda PKK-ya qarşı hərbi əməliyyatların yenidən başlayacağını vurğulayıb.
“Hürriyet”in qeyd etdiyi kimi, Türkiyə artıq bu prosesin həyata keçirilməsi üçün müddət və mexanizmləri müəyyən edib. Yaxın iki-üç ay ərzində vəziyyətə nəzarət olunacaq. PKK tərksilahla razılaşarsa, silahların ötürülməsi sxemi hazırlanacaq - onlar Türkiyə və İraq hakimiyyət orqanlarına verilə, həmçinin Türkiyə və Suriya administrasiyasının nəzarəti altında Suriyada xüsusi ayrılmış zonalara yerləşdirilə bilər.
Miri Məcidli
00:04 / 25 Avqust 2026
74
00:01 / 25 Avqust 2026
46
23:54 / 24 Avqust 2026
64
22:49 / 24 Avqust 2026
72
22:49 / 24 Avqust 2026
75
22:25 / 24 Avqust 2026
181
22:06 / 24 Avqust 2026
71
21:40 / 24 Avqust 2026
70
21:17 / 24 Avqust 2026
95
20:58 / 24 Avqust 2026
103
20:58 / 24 Avqust 2026
102
20:28 / 24 Avqust 2026
75
20:00 / 24 Avqust 2026
79
19:45 / 24 Avqust 2026
94
19:38 / 24 Avqust 2026
95
19:29 / 24 Avqust 2026
87
19:18 / 24 Avqust 2026
180
19:13 / 24 Avqust 2026
83
19:08 / 24 Avqust 2026
938
19:00 / 24 Avqust 2026
73
18:59 / 24 Avqust 2026
401
18:57 / 24 Avqust 2026
91
18:51 / 24 Avqust 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.