“WhatsApp”da ödəniş dönəmi başladı
24 Avqust 2026, 21:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
801
27.02.2025, 15:26
Məlum olduğu kimi, bir neçə gün əvvəl Ağ Evdə ABŞ və Fransa prezidentləri Donald Trampla Emmanuel Makron arasında görüş keçirilib.
Oxu24.com xəbər verir ki, iki ölkə liderinin görüşü ilə yanaşı başqa bir detal da sosial şəbəkələrdə gündəmə gəlib.
Belə ki, Trampla Makronun birgə mətbuat konfransı zamanı çəkilən fotoların birində ABŞ liderinin sağ əlinin üzərində tünd göy rəngdə ləkə görmək mümkün olub.
Bunun ardınca sosial şəbəkələrdə Trampın səhhəti və ləkənin mümkün səbəbi ilə bağlı müzakirələr başlayıb. Bəzilərinin fikrincə, bu ləkə qandurulducu dərmanların təsirindən yarana bilər.
Bu fərziyyələrdən sonra Ağ Ev məsələ ilə bağlı açıqlama verib və Trampın əlindəki böyük ləkəni onun daim ictimaiyyət nümayəndələri ilə əl sıxaraq salamlaşması ilə izah edib.
Onu da qeyd edək ki, bu, Trampın əlində belə bir ləkənin peyda olması ilk hal deyil. Belə ki, 2024-cü ildə də mediada 78 yaşlı ABŞ liderinin əlində oxşar ləkəni əks etdirən fotolar yayılmışdı. Tramp o zaman da bunun minlərlə insanla əllə salamlaşması nəticəsində yarandığını bildirmişdi. (qafqazinfo)

00:04 / 25 Avqust 2026
111
00:01 / 25 Avqust 2026
67
23:54 / 24 Avqust 2026
76
22:49 / 24 Avqust 2026
105
22:49 / 24 Avqust 2026
107
22:25 / 24 Avqust 2026
212
22:06 / 24 Avqust 2026
81
21:40 / 24 Avqust 2026
79
21:17 / 24 Avqust 2026
124
20:58 / 24 Avqust 2026
133
20:58 / 24 Avqust 2026
112
20:28 / 24 Avqust 2026
83
20:00 / 24 Avqust 2026
85
19:45 / 24 Avqust 2026
99
19:38 / 24 Avqust 2026
100
19:29 / 24 Avqust 2026
93
19:18 / 24 Avqust 2026
213
19:13 / 24 Avqust 2026
87
19:08 / 24 Avqust 2026
1011
19:00 / 24 Avqust 2026
79
18:59 / 24 Avqust 2026
428
18:57 / 24 Avqust 2026
99
18:51 / 24 Avqust 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.