NASA yeni teleskopu kosmosa buraxır: kainatın ən böyük sirrini öyrənəcək
26 Avqust 2026, 21:53
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1155
22.01.2025, 13:09
İraq parlamenti uşaq evliliyini faktiki olaraq leqallaşdıran qanunu qəbul edib.
Oxu24.com “Associated press” agentliyinə istinadən xəbər verir ki, dəyişikliklər İslam məhkəmələrinə evlilik və boşanmalar da daxil olmaqla ailə məsələlərində daha çox səlahiyyət verir.
Belə ki, İraqda qanunla əksər hallarda nikaha daxil olmaq üçün minimal yaş həddi 18 olaraq təyin edilib. Bununla belə, qəbul edilən dəyişikliklər din xadimlərinə öz rəylərinə uyğun qərar qəbul etmək imkanı verəcək. Sözügedən din xadimlərinin bəziləri isə qızların erkən yetkinlik yaşında, yəni 9 yaşından ailə qura biləcəyini hesab edir.
Aktivistlərin fikrincə, yeni qaydalar 1959-cu ildə ölkədə şəxsi status haqqında qəbul edilən qanunu pozur. Sözügedən qanun isə ailə hüququnu birləşdirir və qadınlar üçün təminatlar müəyyən edir.
Qanun qəbul edilməzdən əvvəl, din xadimləri qızın atasının razılığı əsasında nikahı qeydə ala bilirdilər. Bununla belə, bu cür nikah rəsmi sayılmırdı.
Onu da qeyd edək ki, BMT-nin 2024-cü ilə olan məlumatına görə, İraqda qadınların təqribən 28 faizi yetkinlik yaşına çatmazdan əvvəl ailə qurur.
23:46 / 26 Avqust 2026
36
23:16 / 26 Avqust 2026
47
22:53 / 26 Avqust 2026
40
22:53 / 26 Avqust 2026
53
22:26 / 26 Avqust 2026
63
21:53 / 26 Avqust 2026
74
21:07 / 26 Avqust 2026
73
20:47 / 26 Avqust 2026
89
20:21 / 26 Avqust 2026
94
20:00 / 26 Avqust 2026
74
19:29 / 26 Avqust 2026
67
19:16 / 26 Avqust 2026
85
18:58 / 26 Avqust 2026
87
18:47 / 26 Avqust 2026
97
18:19 / 26 Avqust 2026
79
18:04 / 26 Avqust 2026
100
17:56 / 26 Avqust 2026
103
17:43 / 26 Avqust 2026
103
17:40 / 26 Avqust 2026
87
17:20 / 26 Avqust 2026
102
16:59 / 26 Avqust 2026
90
16:45 / 26 Avqust 2026
94
16:30 / 26 Avqust 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.