NASA yeni teleskopu kosmosa buraxır: kainatın ən böyük sirrini öyrənəcək
26 Avqust 2026, 21:53
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
928
21.01.2025, 19:47
Associated Press (AP) çərşənbə axşamı bildirib ki, Taliban hərəkatı məhbus mübadiləsi çərçivəsində iki ABŞ vətəndaşının azad edildiyini elan edib.
“Taliban”ın xarici işlər naziri mübadiləni təsdiqləyərək bildirib ki, adı açıqlanmayan iki ABŞ vətəndaşı 2008-ci ildə iki ömürlük həbs cəzasına məhkum edilmiş Xan Məhəmmədin müqabilində azadlığa buraxılıb”, - məlumatda deyilir.
AP xəbər verir ki, çərşənbə axşamı səhər ABŞ Federal Həbsxanalar Bürosu Məhəmmədin artıq həbsxanada olmadığını açıqlayıb. Bundan əvvəl ABŞ Federal Məhkəməsi onu ABŞ-a gətirilən narkotik maddələrin saxlanması, habelə terror fəaliyyətlərində iştirakda təqsirli bilib.
Taliban bildirib ki, məhbus mübadiləsi "uzun və səmərəli danışıqların nəticəsidir" və "Əfqanıstan-ABŞ münasibətlərinin normallaşması" istiqamətində bir addım olacaq.
Amerikalı məhbuslardan biri olan Ryan Corbettin ailəsi çərşənbə axşamı onun azadlığa buraxıldığını təsdiqləyərək, ABŞ prezidenti Donald Trampa və keçmiş prezident Co Baydenə məhbus mübadiləsini təmin etmək üçün göstərdikləri səylərə görə təşəkkür edib. 2021-ci ildə Əfqanıstanda hakimiyyət dəyişikliyini yaşayan Korbet 2022-ci ilin avqustundan Talibanın nəzarətində idi. İkinci amerikalı məhbusun kimliyi hələlik jurnalistlərə məlum deyil. Vaşinqton hələlik mübadilə ilə bağlı şərh verməyib.
Nigar
23:46 / 26 Avqust 2026
36
23:16 / 26 Avqust 2026
47
22:53 / 26 Avqust 2026
40
22:53 / 26 Avqust 2026
53
22:26 / 26 Avqust 2026
63
21:53 / 26 Avqust 2026
74
21:07 / 26 Avqust 2026
73
20:47 / 26 Avqust 2026
89
20:21 / 26 Avqust 2026
94
20:00 / 26 Avqust 2026
74
19:29 / 26 Avqust 2026
67
19:16 / 26 Avqust 2026
85
18:58 / 26 Avqust 2026
87
18:47 / 26 Avqust 2026
97
18:19 / 26 Avqust 2026
79
18:04 / 26 Avqust 2026
100
17:56 / 26 Avqust 2026
103
17:43 / 26 Avqust 2026
103
17:40 / 26 Avqust 2026
87
17:20 / 26 Avqust 2026
102
16:59 / 26 Avqust 2026
90
16:45 / 26 Avqust 2026
94
16:30 / 26 Avqust 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.