Qaynar xətt:

(+99450) 247 90 86

13 nəfər dənizdə öldü

13 nəfər dənizdə öldü

DÜNYA

345

18.12.2024, 20:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ərəbistan dənizində, Hindistanın Mumbay şəhəri sahillərində bərə və sürətli qayığın toqquşması nəticəsində azı 13 nəfər ölüb, onlarla insan yaralanıb.

Bu barədə Maharaştra ştatının baş naziri Devendra Fadnavis bildirib.

“Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, ölənlərin sayı 13-dür”, - o deyib.

Bildirilir ki, toqquşma nəticəsində 10 mülki şəxs və 3 HDQ hərbçisi ölüb.

Bərənin və qayığın göyərtəsində neçə nəfərin olduğu açıqlanmır. Amma 100-dən çox insanın xilas edildiyi məlumdur.