Qaynar xətt:

(+99450) 247 90 86

Özbəkistanda şirlər gözətçini parçaladı

Özbəkistanda şirlər   gözətçini     parçaladı

DÜNYA

252

18.12.2024, 10:13

Özbəkistanda özəl zooparkda üç şir gözətçini parçalayıb.

Oxu24.com  TASS-a istinadən xəbər verir ki, hadisə Daşkənd vilayətində “Lion Park” adlı zooparkda qeydə alınıb. 

Bildirilib ki, eyni yerdə saxlanılan üç şir qəfəsdən qaçaraq zooparkın həyətinə çıxıblar.

Bu zaman onlar zooparkın 44 yaşlı gözətçisinə hücum ediblər. Həmin şəxs aldığı yaralardan ölüb. 

Hadisə zamanı başqa xəsarət alan olmayıb, şirlər qəfəslərinə qaytarılıb. Zooparkda məsələ ilə bağlı araşdırma aparılır.