Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125743
az

İtaliya sahillərində gizli ada peyda oldu

09:4017 Dekabr, 2024
48
DÜNYA
  • A

İtaliyanın Venesiya şəhərinin sahillərində gizli ada peyda olub.

OXU24.COM xəbər verir ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Venesiya laqununda maraqlı təbiət hadisəsi baş verib. Əsrlər boyu qısa müddət ərzində - yalnız yay aylarında görünən Bacan adası indi laqunun daimi hissəsinə çevrilib.

2020-ci ildə Venesiyanı daşqınlardan qorumaq üçün tikilən “Mose” adlı sel baryeri istifadəyə verildikdən sonra ada dalğalara qarşı müqavimət qazanıb və ərazisi getdikcə böyüyüb. Sant'Erasmo adası ilə Lido limanı arasında yerləşən bu qum adasının uzunluğu hazırda 260 metr, eni isə 10 metrdir. Burada artıq bitki örtüyü də formalaşıb.

İnsan və təbiət arasındakı kövrək tarazlığın simvolu sayılan Venesiya laqununun bənzərsiz gözəlliyi və tarixi əsrlər boyu turistlərin diqqət mərkəzində olub. Bu ada çimərlik həvəskarı olan yerli sakinlər, eləcə də turistlər üçün yeni istirahət məkanına çevrilə bilər. Lakin mütəxəssislər ərazinin ekosistemindən narahatdırlar. Onların fikrincə, bu, laqunun zərif ekosisteminə mənfi təsir göstərə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"SpaceX"in "Starship" prototipini itirdi
Roma Papası yıxılaraq qolundan zədələndi
Rusiyada sanatoriyada kütləvi zəhərlənmə

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
“07” külə döndü- Video