Qaynar xətt:

(+99450) 247 90 86

Litvada Rusiya səfirliyinə molotov kokteyli atan şəxs mühakimə olunub

Litvada Rusiya səfirliyinə molotov kokteyli atan şəxs mühakimə olunub

DÜNYA

284

09.09.2024, 20:15

Litvada məhkəmə Rusiyanın Vilnüsdəki səfirliyinə “Molotov kokteyli” atan şəxsə hökm oxuyub.

 

Oxu24.com xəbər verir  ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Baltikyanı respublikanın polis idarəsinin məlumatına görə, hadisə aprelin 7-dən 8-nə keçən gecə baş verib.

 

Bir gün sonra hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxs kimi 50 yaşlı yerli sakin olublar.

 

Məlum olub ki, o, Rusiya səfirliyinə üzbəüz evin eyvanından “Molotov kokteyli” atıb.

 

Kişi günahını tamamilə etiraf edib. O, 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkumun Rusiya səfirliyinə dəymiş ziyanı ən azı 6 min avro  ödəməsi də tapşırılıb.

Daha əvvəl bildirilmişdi ki, 2023-cü ilin sentyabrında Sankt-Peterburqda hərbi komissarlığın binası yaxınlığında Litva vətəndaşı partlayış törədib. Buna görə o, 14 il həbs və 300 min rubl pul cəzasına məhkum edildi.

 

Miri