Rusiya ilə bağlı ŞOK İDDİA: Kreml nüvə...
23 Noyabr 2026, 20:21
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
254
09.09.2024, 19:40
Polşa millətçiləri və avroskeptiklərin “Konfederasiyası” koalisiyası Polşada yerləşən ukraynalı miqrantlar üçün tələblərin siyahısını hazırlayıb.
Oxu24.com xəbər verir ki, onlardan biri “anti-Bandera bəyannaməsinin” imzalanması olmalıdır.
“Burada Ukropol deyil, Polşa var” başlıqlı siyahını Avropa Parlamentinin polşalı üzvü Qrzeqorz Braun təqdim edib.
Tələblər arasında ukraynalı miqrantların uşaqlarının Polşa məktəblərində təhsil almasında “Ukrayna komponentinin” rədd edilməsi və nəticədə “Ukraynalı uşaqların tamamilə polonizasiyası” tələbi də var.
Bundan əlavə, Braun Polşadakı ukraynalı azlığın hüquqlarının Ukraynadakı Polşa azlığının hüquqları səviyyəsinə endirilməsini və Polşaya gələn bütün ukraynalıların “anti-Bandera bəyannaməsi” imzalamasını tələb edib.
Millətçilər Polşa hakimiyyətindən “daimi yaşamaq icazələrinin dayandırılmasını və ukraynalılara Polşa vətəndaşlığının verilməsini” və “Polşa vətəndaşlığının verilməsi üçün meyarların sərtləşdirilməsini” tələb ediblər. Bundan əlavə, “Konfederasiya” hər hansı cinayət törətmiş bütün ukraynalıların ölkədən deportasiyasını tələb edir.
Müxtəlif hesablamalara görə, hazırda Polşada iki milyona qədər Ukrayna vətəndaşı yaşayır.
Sentyabrın 9-da Polşanın “Gazeta Prawna” qəzeti Ukrayna Silahlı Qüvvələrində xidmət etmək üçün Polşada Ukrayna legionunun yaradılması ideyasının uğursuzluğu barədə yazıb. Nəşr qeyd edir ki, Kiyev hələ bu məqsədlər üçün kadrları rəsmi şəkildə cəlb etməyə belə başlamayıb.
Miri
20:21 / 23 Noyabr 2026
1
20:16 / 23 Noyabr 2026
33
20:09 / 23 Noyabr 2026
54
19:53 / 23 Noyabr 2026
61
19:39 / 23 Noyabr 2026
101
19:33 / 23 Noyabr 2026
63
19:14 / 23 Noyabr 2026
77
19:10 / 23 Noyabr 2026
302
19:00 / 23 Noyabr 2026
93
18:46 / 23 Noyabr 2026
208
18:42 / 23 Noyabr 2026
134
18:35 / 23 Noyabr 2026
109
18:13 / 23 Noyabr 2026
114
18:09 / 23 Noyabr 2026
3949
17:55 / 23 Noyabr 2026
254
17:52 / 23 Noyabr 2026
112
17:46 / 23 Noyabr 2026
112
17:44 / 23 Noyabr 2026
131
17:13 / 23 Noyabr 2026
297
17:12 / 23 Noyabr 2026
160
16:57 / 23 Noyabr 2026
164
16:55 / 23 Noyabr 2026
142
16:45 / 23 Noyabr 2026
329
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.