Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistan MN-də ABŞ ordusunun təmsilçisi fəaliyyət göstərəcək

DÜNYA

250

18.07.2024, 15:58

Ermənistanın Müdafiə Nazirliyində ABŞ ordusunun təmsilçisi fəaliyyət göstərəcək.

Bu barədə “Hetk” jurnalist araşdırmaları portalı xəbər yayıb.

ABŞ dövlət katibinin müavini Uzra Zeya bu addımı ABŞ-Ermənistan münasibətlərində strateji mərhələ kimi dəyərləndirib.

Qeyd edək ki, bir qədər əvvəl ekspertlər Ermənistan, Moldova, Ukrayna və Balkan ölkələrinin Silahlı Qüvvələrinin Rusiya modelindən çıxarılaraq, Amerika standartlarına uyğunlaşdırılması istiqamətində bu ölkələrlə ABŞ arasında məsləhətləşmələr aparıldığı barədə açıqlama veriblər./APA