Tramp Özbəkistana hədiyyəyə görə təşəkkür edib
24 Noyabr 2026, 22:59
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
285
15.07.2024, 20:58
Kreml ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd və Slovakiyanın baş naziri Robert Fikonun həyatına sui-qəsd cəhdindən sonra prezident Vladimir Putinin təhlükəsizliyinin gücləndirilməsini zəruri hesab etmir.
Oxu24.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov son hadisələr fonunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin mümkünlüyü ilə bağlı sualı belə cavablandırıb.
“Təhlükəsizlik, başa düşdüyünüz kimi, qeyd etdiyiniz hadisələrdən asılı olmayaraq, məlum səbəblərə görə gücləndirilib. Yalnız bir daha təkrar edə bilərik ki, dövlət başçısının təhlükəsizliyi lazımi səviyyədə təmin olunub”, - Peskov bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə “görülməsi lazım olan hər şey edilir”. Eyni zamanda, mətbuat katibi aydınlıq gətirdi ki, kəşfiyyat xidmətləri “ümumilikdə gərginliyin” artmasını nəzərə alır.
İyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində ABŞ-ın keçmiş prezidenti Donald Trampın mitinqdə çıxışı zamanı onun həyatına qəsd olub. Siyasətçi sağ qulağından yaralanıb, tamaşaçılar arasında isə bir nəfər ölüb. 20 yaşlı atıcı Tomas Metyu Kruks yerindəcə öldürülüb.
Nigar
23:00 / 24 Noyabr 2026
14
22:59 / 24 Noyabr 2026
3
22:54 / 24 Noyabr 2026
42
22:44 / 24 Noyabr 2026
47
22:22 / 24 Noyabr 2026
434
22:16 / 24 Noyabr 2026
90
22:09 / 24 Noyabr 2026
81
22:07 / 24 Noyabr 2026
79
21:54 / 24 Noyabr 2026
168
21:36 / 24 Noyabr 2026
95
21:32 / 24 Noyabr 2026
190
21:26 / 24 Noyabr 2026
89
21:20 / 24 Noyabr 2026
105
21:18 / 24 Noyabr 2026
100
21:03 / 24 Noyabr 2026
201
20:59 / 24 Noyabr 2026
97
20:55 / 24 Noyabr 2026
534
20:50 / 24 Noyabr 2026
175
20:45 / 24 Noyabr 2026
99
20:40 / 24 Noyabr 2026
111
20:34 / 24 Noyabr 2026
112
20:32 / 24 Noyabr 2026
115
20:30 / 24 Noyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.