Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ şirkəti Ukraynada sursat istehsal edəcək

ABŞ şirkəti Ukraynada sursat istehsal edəcək

DÜNYA

248

19.06.2024, 13:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Amerikanın "Northrop Grumman" şirkəti Ukraynada orta çaplı döyüş sursatlarının istehsalına başlamağı planlaşdırır.

Bu barədə "Breaking Defence" təşkilatın nümayəndəsinə istinadən yazıb.

Bildirilib ki, bu, Ukrayna vəsaitləri ilə ödəniləcək ilk layihədir.

Gələcəkdə "innovativ proseslər" aşkar edildikdə, istehsalı 155 mm-lik sursata və digərlərinə qədər genişləndirməyi planlaşdırırlar. Şirkət ümumi istehsal planı ilə bağlı şərh verməkdən imtina edib.