NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakçılar Ukraynaya maliyyə və hərbi dəstəyi artırmaq barədə razılığa gələcəklər.
Oxu24.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Amerika Prezidenti Co Baydenlə görüşündə deyib.
“Gözləyirəm ki, gələn ay görüşəndə müttəfiqlər Ukraynaya maliyyə və hərbi dəstəyi artırmağa razılaşacaqlar,” – Stoltenberq vurğulayıb.
Onun sözlərinə görə, bu, ABŞ-nin yükünü azaltmaq üçün ediləcək.
Oxu24.com
ŞƏRHLƏR