Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111606
az

Rusiya Finlandiyanın hava məkanını pozdu

23:5510 İyun, 2024
245
DÜNYA
  • A

Rusiya hərbi təyyarəsi Loviysa yaxınlığında Finlandiyanın hava məkanını pozub.

OXU24.COM  xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün səhər saatlarında təyyarə təxminən iki dəqiqə Finlandiya hava məkanında olub və sərhəddən 2,5 km dərinliyə uçub”, - nazirlikdən bildirilib.

Finlandiyanın müdafiə naziri Antti Hakkyanen məsələ ilə bağlı bunları deyib: “Biz sərhədlərimizin pozulmasını ciddi yanaşırıq, məsələ ilə bağlı araşdırmaya başlanılıb”.

Bu, Skandinaviya ölkəsinin NATO alyansına qoşulmasından sonra ilk belə hadisədir.

Xatırladaq ki, Rusiya təyyarələri tərəfindən Finlandiya hava məkanının pozulmasına dair sonuncu təsdiqlənmiş hal 2022-ci ilin avqustunda baş verib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldır
Messini tənqid etdi: "Çıxış yolunu tapmalıydın"
Kanadanın Baş naziri istefasını açıqladı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Vətəndaşlardan pulemyot və    avtomatlar     götürüldü