Qaynar xətt:

(+99450) 247 90 86

BMT rəsmisi: İsrail fələstinlilərin sığındığı məktəbi xəbərdarlıq etmədən vurub

BMT rəsmisi: İsrail fələstinlilərin sığındığı məktəbi xəbərdarlıq etmədən vurub

DÜNYA

256

06.06.2024, 18:07

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bəyan edib ki, İsrail ordusu məcburi köçkün fələstinlilərin sığındığı Qəzza zolağının mərkəzi hissəsində yerləşən UNRWA məktəbinə xəbərdarlıq etmədən zərbələr endirib.

 

Oxu24.com xəbər verir  ki, vurulan məktəbin məcburi köçkün fələstinlilərin sığındığı yerlərdən biri olduğunu bildirən Lazzarini hücum zamanı məktəbdə 6 min fələstinlinin olduğunu qeyd edib.

 

İsrail ordusunun vurulan məktəbdə "silahlı fələstinlilərin" olması ilə bağlı iddialarına toxunan Lazzarini bu iddiaları təsdiq edə bilməyəcəklərini bildirib.

 

 

Lazzarini qeyd edib ki, oktyabrın 7-dən Qəzzada UNRWA-nın 180 binası hücuma məruz qalıb və bu hücumlarda 450 köçkün həyatını itirib.

 

İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsində köçkün fələstinlilərin sığındıqları UNRWA məktəbinə hücumu nəticəsində 14-ü uşaq, 9-u qadın olmaqla 40 nəfər həyatını itirib.

 

Nigar