Qaynar xətt:

(+99450) 247 90 86

Çexiyada qatarlar toqquşdu - ölən var

Çexiyada qatarlar toqquşdu - ölən var

DÜNYA

255

06.06.2024, 11:14

Çexiyanın mərkəzi hissəsində yerləşən Pardubitse şəhərində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində azı 4 nəfər ölüb, onlarla insan yaralanıb.

Oxu24.com xəbər verir ki, bəzi yaralıların vəziyyəti ağırdır.

Hazırda hadisə yerinə axtarış-xilasetmə qrupları, 36 yanğınsöndürmə briqadası və helikopter cəlb olunub.