Qaynar xətt:

(+99450) 247 90 86

4 yeni yetmə qəzada öldü - Rusiyada faciə

4 yeni yetmə qəzada öldü - Rusiyada faciə

DÜNYA

308

06.06.2024, 10:20

Moskva vilayətində avtomobilin ağaca çırpılması nəticəsində 4 yeniyetmə ölüb, daha biri yaralanıb.

 

Oxu24.com xəbər  verir   ki, bu barədə vilayət prokurorluğu Telegram kanalında bildirib.

 

Qeyd olunur ki, qəza iyunun 5-də axşam saatlarında aprelevka şəhər qəsəbəsinin Martemyanovo kəndi yaxınlığındakı yolda baş verib.

 

"Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan avtomobilin 21 yaşlı sürücüsü idarəetməni itirərək, arxa aşıb və ağaca çırpılıb", - məlumatda deyilir.

 

Avtomobildə olan 15, 16 və 13 yaşlı iki sərnişin aldıqları xəsarətlərdən yerindəcə keçiniblər.

 

Digər 15 yaşlı qız isə xəstəxanaya çatdırılıb və vəziyyəti ağırdır.

 

Faktla bağlı cinayət işi açılıb, istintaqı prokurorluğun nəzarətindədir.

 

Nigar