Qaynar xətt:

(+99450) 247 90 86

Milan Katedralinin fasadında Fələstin bayrağı asılıb

Milan Katedralinin fasadında Fələstin bayrağı asılıb

DÜNYA

306

05.06.2024, 17:47

Milanın baş kilsəsinin fasadında böyük bir Fələstin bayrağı  asılıb.

 

Oxu24.com xəbər verir  ki,  bu barədə Avropa Şəhər Şurasının üzvü Karlo Monquzzi Facebook-dakı profilində məlumat verib.

 

Qurum rəsmisi qeyd edib ki, bu jest meydanda olan insanlar tərəfindən alqışlarla qarşılanıb.

 

Tgcom24 telekanalının məlumatına görə, kafedral işçiləri və polis bir neçə dəqiqədən sonra banneri yığışdırıblar.

 

Onlar müşahidə kameralarından istifadə edərək aksiyanın təşkilatçılarını və ifaçılarını tapmağa çalışırlar.

 

“Giorno” qəzetinin yazdığına görə, bu siyasi jest artıq Milanın yəhudi icması tərəfindən pislənib.

 

Onun arxasında Yaşıllar Partiyasının Avropa Parlamentinə namizədi Stefano Apuzzonun dayandığı daha əvvəl müəyyən edilib.

 

Bundan əvvəl İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani Romada Fələstinin baş naziri Məhəmməd Mustafa ilə görüşdə İtaliyanın BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) maliyyələşdirməsini bərpa etdiyini bildirib. 

 

Nigar