Qaynar xətt:

(+99450) 247 90 86

Hollandiya və Fələstin əməkdaşlıq edəcək

Hollandiya və Fələstin əməkdaşlıq edəcək

DÜNYA

267

04.06.2024, 16:22

Hollandiya Fələstin təhlükəsizlik sektorunu gücləndirmək üçün Fələstinlə əməkdaşlıq müqaviləsi imzalayıb.

 

Oxu24.com  xəbər verir  ki, bu barədə Hollandiya hökuməti məlumat yayıb.

 

Onun sözlərinə görə, bu təşəbbüs çərçivəsində ölkələr terrorizmlə mübarizə, sənədlərin və şəxsiyyət vəsiqələrinin saxtalaşdırılması, eləcə də axtarış-xilasetmə əməliyyatlarında məlumat mübadiləsi aparacaq.

 

Hollandiya həmçinin Fələstinin təhlükəsizlik sektorundan bir qrup qadına ilk müdaxilə etmək üçün təlim keçmək istəyir.

 

Sənəd  Hollandiya Müdafiə Nazirliyinin rəhbəri Kaysa Ollonqren və Fələstinin daxili işlər naziri Ziyad Həbb əl-Rix tərəfindən imzalanıb.

 

"Biz müxtəlif təşəbbüsləri araşdırırıq. Çünki güclü Fələstinin təhlükəsizlik sektoru sabitliyə, təhlükəsizliyə və davamlı sülhə töhfə verir", -  deyə  Ollonqren bildirib.

 

Miri