Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110777
az

Ukraynalı teleaparıcının Bakıdakı evindən 120 min dollarlıq qızıl oğurlandı

09:2404 İyun, 2024
96
DÜNYA
  • A

Bakıda ukraynalı teleaparıcı, siyasi elmlər namizədi Anastasiya Ragimovanın evindən 120 min dollarlıq qızıl oğurlanıb.

OXU24.COM  xəbər verir ki, "Qaynarinfo"nun məlumatına görə, hadisənin 1996-cı il təvəllüdlü Elvin və 2001-ci il təvəllüdlü Süsən tərəfindən törədilməsi məlum olub.

Belə ki, Süsənin anası Minarə adlı qadın aylıq 1 000 manat əməkhaqqı almaq şərti ilə Anastasiya Ragimovanın Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mənzilində övladlarının baxıcısı işləyib.

Süsən münasibətdə olduğu Elvin adlı şəxslə plan quraraq, Anastasiya Ragimovanın qızıllarını oğurlamaq qərarına gəlib. Süsən anasına zəng vuraraq, Anastasiyanın evində olan eynəyini və pişiyini götürmək üçün gəlmək istədiyini deyib. Anasından razılıq aldıqdan sonra evə gedib. Daha sonra dolabdan qızılları götürərək, evi tərk edib. Süsən və Elvin qızılları sataraq pulunu xərcləyiblər.

Anastasiya Ragimova məhkəmədə bildirib ki, 2016-cı ildə alınmış 8,78 qram çəkili, 585 əyarlı "Cartier" markalı sarı qızıldan brilyant qaşlı bir cüt qızıl sırğası, 2004-cü il istehsallı, birlikdə çəkiləri 15,3 qram təşkil edən 750 əyarlı, 0,3 karatlı səkkiz ədəd brilyantı olan bir cüt qızıl sırğası və bir ədəd qızıl üzüyü, həmçinin ümumi çəkiləri 400 qram təşkil edən və 750 əyarlı olan, 2016-cı ildə alınmış "Pasguai Burini" markalı bir cüt qızıl sırğası, bir ədəd qızıl üzüyü, bir ədəd qızıl boyunbağı, 2017-ci ildə alınmış "Tiffany" markalı qızıl boyunbağı, 2000-ci ildə alınmış "Pişik" formalı klonu olan qızıl uzun boyunbağısı, 2017-ci ildə alınmış "Cartier" markalı brilyant qaşlı ağ qızıldan bir cüt sırğası, 2000-ci ildə alınmış "Rubin" daşlı bir cüt qızıl uşaq sırğası, 2004-cü ildə alınmış "sarı tapaz" qaşlı bir ədəd üzüyü, qeyri-müəyyən tarixdə alınmış "sarı tapaz" qaşlı bir cüt sırğası, 2000-ci ildə alınmış zümrüd qaşlı qızıl bir ədəd üzüyü, 2016-cı ildə alınmış mirvari qaşlı bir ədəd qızıl üzüyü, 2017-ci ildə alınmış brilyant qaşlı klonu olan bir ədəd qızıl uşaq boyunbağısı, 2022-ci ildə alınmış qızıl xaç klonu ilə bir ədəd boyunbağısı, qeyri-müəyyən tarixdə alınmış "Cartier Lov" markalı sarı qızıldan qolbağı və çəkisi haqqında hər hansı məlumat olmayan 2016-cı ildə alınmış "Butali" markalı gümüş klonu (100 manat dəyərində) oğurlanıb.

O, əşyaların demək olar ki, hamısının İtalyan qızılı (750 əyarlı) olduğunu və həmin qızıl əşyalarının təxmini çəkisinin 400 qram təşkil etdiyini bildirib. Hadisə nəticəsində ona ümumilikdə təxminən 120 000 ABŞ dolları dəyərində maddi ziyan dəydiyini qeyd edib.

Amma məhkəmə-əmtəəşünaslıq ekspertizasında oğurlanan qızıl-zinət əşyalarının ümumilikdə cəmi dəyərinin 42 408 manat olduğunu bildirib.

Anastasiya Ragimova məhkəmədə oğurluğu törədən hər iki şəxslə barışıq əldə edildiyini və onlara qarşı heç bir iddiası və tələbi olmadığını deyib.

Məhkəmənin qərarı ilə hər iki şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, Süsən bir il iki ay, Elvin bir il səkkiz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Qeyd edək ki, Anastasiyia Ragimova "CBC Azərbaycan" kanalında siyasi verilişlər üzrə teleaparıcı işləyir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəstəxanada dəhşətli hadisə: Xəstənin gözləri yoxa çıxdı
Ailələr "TikTok"-u məhkəməyə verdi: bu səbəbə görə
Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi