Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan İrlandiyanın Baş naziri Harris ilə danışıb

Ərdoğan İrlandiyanın Baş naziri Harris ilə danışıb

DÜNYA

201

29.05.2024, 20:11

Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan İrlandiyanın Baş naziri Simon Harrislə telefonla danışıb.

 

Oxu24.com xəbər verir  ki,Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən açıqlamaya görə, Türkiyə ilə İrlandiya arasındakı əlaqələr, İsrailin Fələstinə sistemli hücumları, Qəzzaya yardım fəaliyyətləri, qlobal və regional məsələlər müzakirə edilib.

 

Görüşdə Ərdoğan İrlandiyanın Fələstini bir dövlət kimi tanımasını təqdir etdiyini bildirib və bu addımın bölgədə sülh və ədalətin bərqərar olmasını və iki dövlətli həll səylərini gücləndirəcəyini bildirib.

 

Prezident Ərdoğan ədalətli və qalıcı bir həll üçün İsraili beynəlxalq hüquqa riayət etməyə məcbur edən addımların vacib olduğunu və hamımızın sülh vizyonunu yaşatmalı olduğumuzu qeyd edib.

 

Miri