Qaynar xətt:

(+99450) 247 90 86

Norveç rusiyalı turistlərə vizaların verilməsini dayandırır

Norveç rusiyalı turistlərə vizaların verilməsini dayandırır

DÜNYA

205

23.05.2024, 11:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Norveç hökuməti ölkəyə turist qismində gəlmək istəyən Rusiya vətəndaşları üçün yeni məhdudiyyətlər tətbiq edəcək.

Bu barədə qərar hökumətin rəsmi internet saytında yerləşdirilib.

Yeni qərarla ölkəyə turist qismində gələn Rusiya vətəndaşlarına vizaların verilməsi dayandırılır. Bu qərarın həm Norveçin Xarici İşlər Nazirliyi, həm də Şengen ölkələri tərəfindən verilən vizalara şamil ediləcəyi açıqlanıb.

Sənəddə həmçinin yaxın qohumları və ya ailə üzvləri adı çəkilən ölkənin ərazisində yaşayan, habelə təhsil almaqda olan Rusiya vətəndaşlarına istisnalar da nəzərə alınıb.

Qərar mayın 29-dan qüvvəyə minəcək

Hökumətin rəsmi açıqlamasında bunun bilavasitə Rusiya-Ukrayna müharibəsi ilə bağlı olduğu göstərilib.