Milli Məclis bu məsələyə baxacaq
26 Noyabr 2026, 10:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
48
26.11.2026, 10:47
Energetika naziri Pərviz Şahbazov Çinin Çindao şəhərində keçirilən “Kəmər və Yol” təşəbbüsü üzrə energetika nazirlərinin IV konfransında çıxış edib.
Nazirlikdən Oxu24.com-a verilən məlumata görə, çıxışda Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü “Kəmər və Yol” təşəbbüsünü Azərbaycanın ilk dəstəkləyən ölkələrdən biri olduğu bildirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, təşəbbüs çərçivəsində ölkə daxilində və xaricdə yatırılan sərmayənin həcminə görə Azərbaycanın Çindən sonra ikinci yerdə olduğu diqqətə çatdırılıb. Orta Dəhlizin Çinlə Avropa arasında nəqliyyat əlaqələrini gücləndirdiyi, Zəngəzur dəhlizinin isə Şərqlə Qərb arasında yeni marşrut açacağı qeyd olunub.
“Liderlərimizin siyasi iradəsi ilə münasibətlərimizin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi “Kəmər və Yol” təşəbbüsü çərçivəsində əməkdaşlığımızın genişlənməsini və təmiz enerji sahəsində birgə layihələrin inkişafını dəstəkləyir. Çin şirkətləri ilə quruda günəş və dənizdə külək enerjisi, enerji saxlancı və elektrik şəbəkəsi infrastrukturu üzrə çoxsaylı müqavilələrin imzalanması, “China Energy” ilə hərtərəfli strateji tərəfdaşlığın qurulması, bu yaxınlarda günəş elektrik stansiyasının istifadəyə verilməsi və elektrik şəbəkəsi üzrə tədqiqatın aparılması bu siyasətin konkret nəticələridir”, - deyə nazir əlavə edib.
Bağlantıların strateji resursa çevrildiyi dövrdə Azərbaycanın “Kəmər və Yol” təşəbbüsünə yeni töhfəsinin Avrasiyanın elektrik enerjisi bazarlarını yaşıl enerji dəhlizləri vasitəsilə birləşdirmək olduğu bildirilib. Bu dəhlizlərin yaradılmasında Çin şirkətləri ilə əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Qeyd olunub ki, Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz, Türkiyə və Avropanı əhatə edən bu dəhlizlər müasir İpək Yolu boyunca yaşıl enerji qurşağı formalaşdırmaqla Çinlə çoxşaxəli enerji tərəfdaşlığına da yol açır.
Çıxışda Birgə Nazirlər Bəyanatının enerji təhlükəsizliyi və enerji keçidinin paralel irəlilədilməsi, transsərhəd infrastruktura investisiyaların artırılması və təmiz enerji texnologiyalarına çıxışın genişləndirilməsi üzrə məqsədlərinə də toxunulub.
10:44 / 26 Noyabr 2026
22
10:34 / 26 Noyabr 2026
47
10:30 / 26 Noyabr 2026
51
10:15 / 26 Noyabr 2026
81
10:10 / 26 Noyabr 2026
102
10:05 / 26 Noyabr 2026
86
10:00 / 26 Noyabr 2026
94
09:55 / 26 Noyabr 2026
86
09:45 / 26 Noyabr 2026
105
09:27 / 26 Noyabr 2026
106
09:22 / 26 Noyabr 2026
829
09:10 / 26 Noyabr 2026
158
09:08 / 26 Noyabr 2026
111
09:07 / 26 Noyabr 2026
95
09:04 / 26 Noyabr 2026
106
02:09 / 26 Noyabr 2026
202
01:29 / 26 Noyabr 2026
205
01:13 / 26 Noyabr 2026
193
00:47 / 26 Noyabr 2026
198
00:33 / 26 Noyabr 2026
201
00:30 / 26 Noyabr 2026
223
00:19 / 26 Noyabr 2026
256
00:04 / 26 Noyabr 2026
212
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.