Polşadakı Sovet hərbi qəbiristanlığındakı obelisk sökülür
11 Sentyabr 2026, 22:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
325
23.05.2024, 10:54
Qazaxıstanın Almatı zooparkında yaşayan ağ ayı Tom ölüb.
Modern.az xəbər verir ki, martın sonunda o, Çexiyanın paytaxtı Praqadan gətirilib.
Praqa Zooparkının direktoru Miroslav Bobekin yazıb ki, Almatı Zooparkı Tomun ölümündən 18 gün sonra - 22 mayda onlara xəbər verib. Almatı Zooparkı ayının ölümünün səbəbi kimi "burun keçidlərinin selik və nekrotik maddə ilə tam tıxanması ilə frontal və burun boşluqlarının xroniki çürük iltihabı nəticəsində bədənin intoksikasiyası kimi göstərib.
Almatı Zooparkından verilən məktubda deyilir: “Bu, uzun müddətdir davam edən xəstəlikdir, ayı sizin zooparkda olanda artıq xəstə imiş. Yarılmanın bütün fotoşəkilləri sizə göndəriləcək".
Praqa Zooparkının direktoru Miroslav Bobek isə Tomun martın 28-də Praqanı “heç bir xəstəlik əlaməti olmadan” tərk etdiyini iddia edir. Onun sözlərinə görə, Praqada heyvanın vəziyyəti ilə bağlı son məlumat aprelin 15-də alınıb. Həmin vaxt Almatıdakı həmkarları ayının "yaxşı olduğuna" əmin olublar.
Daha sonra Praqa zooparkı heyvanla bağlı heç bir xəbər almayıb və ayını ziyarət etmək üçün Qazaxıstana işçi göndərmək qərarına gəlib. Lakin mayın 22-də Tomun ölümü barədə onlara məlumat verilib.
Ağ ayı Tom 2007-ci ildə Çexiyanın Brno şəhərində anadan olub, lakin həyatının böyük hissəsini - demək olar ki, 15 ilini Praqa Zooparkında keçirib. Keçən il onunla birlikdə yaşayan Berta adlı dişi ayı xərçəngdən ölüb. Onlar heç vaxt nəsil verməyiblər. Bu, qismən 1933-cü ildə tikilmiş çox dar saxlanma yeri ilə izah edilib.
Tom tək qalandan sonra onu Qazaxıstana göndərmək qərara alınıb. Bildirilib ki, bu tövsiyəni Avropada şimal ayılarının yetişdirilməsini koordinasiya edən Avropa Zooparklar və Akvariumlar Assosiasiyasının mütəxəssisləri verib. Onlar hesab ediblər ki, Qazaxıstandakı zooparkda Tomun daha yaxşı yaşayış şəraiti olacaq və onun nəsli davam edəcək.
Beynəlxalq Təbiəti Mühafizə İttifaqı qütb ayılarını həssas növlər siyahısına daxil edib. Təbiətdə təxminən 20-30 min belə ayı qalıb.
22:50 / 11 Sentyabr 2026
1
22:38 / 11 Sentyabr 2026
26
22:34 / 11 Sentyabr 2026
30
22:30 / 11 Sentyabr 2026
78
22:20 / 11 Sentyabr 2026
36
22:16 / 11 Sentyabr 2026
46
22:10 / 11 Sentyabr 2026
40
22:08 / 11 Sentyabr 2026
38
21:59 / 11 Sentyabr 2026
52
21:50 / 11 Sentyabr 2026
45
21:44 / 11 Sentyabr 2026
45
21:43 / 11 Sentyabr 2026
59
21:38 / 11 Sentyabr 2026
47
21:35 / 11 Sentyabr 2026
54
21:34 / 11 Sentyabr 2026
137
21:12 / 11 Sentyabr 2026
211
21:10 / 11 Sentyabr 2026
56
21:00 / 11 Sentyabr 2026
73
20:59 / 11 Sentyabr 2026
59
20:50 / 11 Sentyabr 2026
71
20:48 / 11 Sentyabr 2026
61
20:38 / 11 Sentyabr 2026
952
20:36 / 11 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.