Kapitan öldü
12 Sentyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
353
16.05.2024, 21:58
Əlcəzairli kişi 27 il qonşusunun əsirliyində keçirib.
OXU24.COM xəbər verir ki, bütün bu müddət ərzində kişi evindən 100 metr aralıda yerləşən zirzəmidə olub.
O, qonşusunun ona cadu etdiyinə inandığı üçün köməyə heç kimi çağırmayıb.
Djelfa sakini Ömər Bin Omran 1997-ci ildə itkin düşüb.
İtkin düşən gün 17 yaşlı oğlan valideynlərinə məktəbə getdiyini deyib. Onu bir daha heç kim görməyib.
Onun iti evdə sahibini gözləyib və tez-tez qonşuluqda olan evə doğru hərəkət edib, lakin iki həftə sonra naməlum şəxslər tərəfindən zəhərlənib.
Öməri tapmaq üçün bir neçə illik uğursuz cəhdlərdən sonra qohumları onun ölümü ilə barışıblar.
Həmin dövrdə Əlcəzairdə vətəndaş müharibəsi gedirdi və insanlar tez-tez yoxa çıxırdılar.
Lakin bütün bu müddət ərzində Ömər qonşusu tərəfindən əsir götürülmüşdü. Mayın 12-də polis həmin evdə axtarış aparıb və həmin şəxsin mülkündə girişi otla örtülmüş qoyun tövləsində gizli zirzəmi aşkar edib. İlkin məlumatlara görə, Ömər qonşusunun cadugər olduğuna əmin olduğu üçün köməyə kimsəni çağırmayıb.
Öməri əsirlikdə saxlayan şəxs artıq həbs edilib. Ehtimal edilir ki, iti də məhz o zəhərləyib.
Ömər əsirlikdə olarkən onun anası dünyasını dəyişib.
"Yazıq anası Ömərə nə olduğunu bilmədən, bütün bu müddət ərzində həqiqətən zirzəmidə olduğunu bilmədən öldü", - Ömran ailəsinə yaxın olan şəxs qeyd edib.
10:02 / 13 Sentyabr 2026
1
09:50 / 13 Sentyabr 2026
46
09:19 / 13 Sentyabr 2026
239
08:58 / 13 Sentyabr 2026
259
08:35 / 13 Sentyabr 2026
99
08:07 / 13 Sentyabr 2026
200
00:51 / 13 Sentyabr 2026
101
00:35 / 13 Sentyabr 2026
612
00:14 / 13 Sentyabr 2026
1517
00:06 / 13 Sentyabr 2026
588
23:49 / 12 Sentyabr 2026
115
23:38 / 12 Sentyabr 2026
196
23:34 / 12 Sentyabr 2026
173
23:31 / 12 Sentyabr 2026
104
22:35 / 12 Sentyabr 2026
111
22:31 / 12 Sentyabr 2026
95
22:26 / 12 Sentyabr 2026
234
22:25 / 12 Sentyabr 2026
362
22:22 / 12 Sentyabr 2026
131
22:14 / 12 Sentyabr 2026
127
22:13 / 12 Sentyabr 2026
932
22:02 / 12 Sentyabr 2026
1216
21:52 / 12 Sentyabr 2026
225
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.