Qaynar xətt:

(+99450) 247 90 86

Trampın təyyarəsi qəza törətdi

Trampın təyyarəsi qəza törətdi

DÜNYA

281

15.05.2024, 10:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-nin keçmiş prezidenti Donald Trampın şəxsi təyyarəsi Florida ştatındakı hava limanında başqa bir təyyarə ilə toqquşub.

Oxu24.com xəbər verir ki, hadisə Florida ştatının "West Palm Beach" beynəlxalq hava limanının ucqar hissəsində baş verib. Trampın Boeing 757 təyyarəsi park edilmiş biznes təyyarəsinin qanadına çırpılıb.

ABŞ Federal Aviasiya İdarəsi (FAA) toqquşmanı təsdiqləyərək, araşdırma apardıqlarını bildirsə də, təyyarənin Trampa məxsus olduğunu deməyib.