Qaynar xətt:

(+99450) 247 90 86

Haaqada Rusiya əleyhinə sənəd qəbul edildi

Haaqada Rusiya əleyhinə sənəd qəbul edildi

DÜNYA

419

03.04.2024, 20:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Haaqada keçirilən konfransda “Ukraynada ədalətin bərpası” sənədi qəbul edilib.

 

Oxu24.com  xəbər  verir   ki,  sənəd Rusiyanın Ukraynada törətdiyi cinayətləri araşdırmaq üçün xüsusi tribunalın yaradılması və dondurulmuş Rusiya aktivlərinin Ukraynanın maraqları naminə istifadəsinə aiddir.

 

Gürcüstanın Birinci Kanalının məlumatına görə, bəyannaməni 44 ölkənin, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Gürcüstanın nümayəndələri imzalayıb.

 

Konfransda ümumilikdə 57 dövlət təmsil olunub.


Sənədi imzalayanlar Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyir və bunu beynəlxalq asayişin açıq şəkildə pozulması adlandırırlar.

 

Sənəddə BMT-nin 2022-ci il martın 16-da Rusiyanı hərbi əməliyyatları dayandırmağa məcbur edən məhkəmə qərarından bəhs edilir.

 

Bəyannaməni dəstəkləyən ölkələr Rusiyanın Ukraynaya qarşı apardığı müharibə zamanı aşkar edilmiş bütün beynəlxalq hüquq pozuntularının lazımi qaydada araşdırılmasını və məsuliyyətə cəlb olunmasını təmin etmək üçün ümumi səyləri gücləndirmək təşəbbüsü ilə çıxış edirlər.

 

Sənədi imzalayanlar Rusiyanı Ukraynaya qarşı cinayətlərə görə məsuliyyətə cəlb etmək, o cümlədən Rusiyanın ali hərbi-siyasi rəhbərliyinin cəzalandırılması üçün xüsusi tribunalın yaradılması üzərində işləməyə hazır olduqlarını təsdiqləyirlər.

 

Bəyannamənin ikinci hissəsi Ukraynaya dəymiş zərərin ödənilməsi məsələsinə aiddir. Müqaviləni imzalayan ölkələr ərizələrin qəbuluna başlayacaq zərər reyestrinin yaradılmasını alqışlayırlar.

 

Müqaviləni imzalayan dövlətlər vəd edirlər ki, Moskva Ukraynaya qarşı təcavüzünü dayandırana və dəymiş zərəri ödəyənə qədər onların yurisdiksiyasında olan Rusiya aktivləri dondurulacaq.

 

Onlar həmçinin bu aktivlərin və onlardan əldə olunan gəlirlərin Ukraynanın xeyrinə istifadə edilməsi ilə bağlı müzakirələri alqışlayırlar.

 

Afət