Qaynar xətt:

(+99450) 247 90 86

NATO Xarici İşlər Nazirlərinin Toplantısı başlayıb

NATO Xarici İşlər Nazirlərinin Toplantısı başlayıb

DÜNYA

360

03.04.2024, 19:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən ilin ilk Xarici İşlər Nazirləri Toplantısının açılışında çıxış edib.

 

Oxu24.com  xəbər  verir  ki, İsveçin üzv kimi iştirak etdiyi ilk iclas olduğunu qeyd edən Stoltenberq, əsas gündəmin iyulda Vaşinqtonda keçiriləcək NATO Sammitinə hazırlıqla bağlı olacağını bildirib.

 

Stoltenberq, "Bu zirvə müdafiə şərtlərini gücləndirmək və ədalətli yük bölgüsünü təmin etmək üçün işimizi davam etdirəcək. Bu, Ukraynaya dəstəyimizi gücləndirəcək və Asiya-Sakit Okean, eləcə də Avropa İttifaqı (Aİ) üzrə tərəfdaşlarımızla əməkdaşlığımızı dərinləşdirəcək", deyə  o  bildirib.

 

NATO-nun baş katibi qeyd edib ki, müttəfiqlər Alyansın cənubunda, Yaxın Şərqdə qeyri-sabitliyin necə həll olunacağını da müzakirə edəcəklər. .

 

İki gün davam edəcək görüş mətbuata qapalı olacaq.

 

İclasda Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edir.

 

Nigar