Qaynar xətt:

(+99450) 247 90 86

BMT-nin baş katibi İsrailin Dəməşqdəki İran konsulluğuna hücumunu pisləyib

BMT-nin baş katibi İsrailin Dəməşqdəki İran konsulluğuna hücumunu pisləyib

DÜNYA

349

02.04.2024, 20:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

BMT-nin baş katibi Antonio Quterreş İsrail ordusunun Dəməşqdəki İran konsulluğuna hücumunu pisləyib və diplomatik obyektlərin toxunulmazlığına hörmət edilməsinin vacibliyinə işarə edib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin aprelin 2-də dərc olunmuş şərhində deyilir.

 

“Baş katib aprelin 1-də Dəməşqdə İran İslam Respublikasının diplomatik obyektlərinə hücumu, eləcə də insan tələfatı ilə bağlı yayılan məlumatları pisləyir”, - bəyanatda deyilir.

 

Düjarrik qeyd edib ki, Quterreş beynəlxalq hüquqa uyğun olaraq diplomatik və konsulluq binalarının toxunulmazlığı prinsipinə ciddi riayət edilməsinin zəruriliyini bir daha təsdiqləyir.

 

BMT bütün tərəfləri maksimum təmkinli olmağa və daha da gərginliyin qarşısını almağa çağırıb.

 

Hər hansı səhv hesablama qeyri-sabit regionu münaqişənin şiddətlənməsi və onsuz da Suriya, Livan, İşğal olunmuş Fələstin ərazilərində və bütövlükdə Yaxın Şərqdə misli görünməmiş iztirablar yaşayan dinc əhali üçün dağıdıcı nəticələrlə təhdid edir, Düjarrik yekunlaşdırıb.

 

Bundan əvvəl İsrailin hava hücumu nəticəsində bir neçə iranlı diplomatın həlak olduğu bildirilirdi. İlkin məlumatlara görə, 5-7 nəfər ölüb.

 

Nigar