Qaynar xətt:

(+99450) 247 90 86

İrəvan Avropa İttifaqında xoş qarşılanmır

İrəvan Avropa İttifaqında xoş qarşılanmır

DÜNYA

313

02.04.2024, 13:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistan parlamentinin “Ermənistan” müxalifət fraksiyasından olan üzvü Areqnaz Manukyan bildirib ki, bu ölkə Avropa İttifaqında, İrəvan isə Aİ-də xoş qarşılanmır.

 

Oxu24.com  xəbər  verir  ki, O,   bu  barədə  RİA Novostiyə bildirib.

 

“Qətiyyən yox, çünki eyni vaxtda bir-birini istisna edən iki ittifaqda olmaq mümkün deyil. Üstəlik, bizi orada gözləmirlər”, o qeyd edib.

 

Deputat Ermənistan hakimiyyətinə də xəbərdarlıq edib ki, İrəvanın Qərb dövlətləri ilə sıx münasibətləri nəticəsində “ikinci Ukraynaya” çevrilməsi riski var.

 

Onun sözlərinə görə, Ermənistan bir-birini istisna edən iki ittifaqda ola bilməz - Qərb və Rusiya. Bununla bağlı Manukyan Ermənistan Nazirlər Kabinetini Avrasiya İqtisadi İttifaqı (Aİİ), eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri ilə fəal əməkdaşlığa çağırıb.

 

Bundan əvvəl Manukyan vurğulamışdı ki, Ermənistanın Rusiya ilə münasibətlərinin pozulması respublika üçün həm siyasi, həm də iqtisadi baxımdan ən ciddi problemlərə gətirib çıxaracaq.

 

Ekspert bundan əvvəl Rusiya ilə Ermənistan arasında münasibətlərlə bağlı proqnoz verib.

 

Nigar