Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna çağırışçıların tərxis olunmasına başladığını elan edib

Ukrayna çağırışçıların tərxis olunmasına başladığını elan edib

DÜNYA

286

01.04.2024, 19:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukraynada çağırışçıların tərxis olunmasına (Silahlı Qüvvələr sıralarından əsgərlərin buraxılmasına) başlanılıb, onlardan birinci hissəsi  artıq ehtiyata göndərilib.

 

Oxu24.com  xəbər  verir   ki, Bu sözləri Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko öz Telegram kanalında deyib.

 

Millət vəkilinin sözlərinə görə, müxtəlif hərbi hissələrdə çağırışçıların tərxis olunması prosesi aprelin 2-dən başlayacaq və mayın 31-də başa çatacaq.

 

Bu bölgü cədvəli çərçivəsində ordunun müxtəlif hissələrinin hərbi qulluqçuları ehtiyata göndəriləcək.

 

Ukrayna prezidenti Vladimir Zelenski fevralın sonunda 2022-ci il fevralın 24-də hərbi xidmətdə olan və sonradan qeyri-müəyyən müddətə xidmətə göndərilən hərbi qulluqçuların tərxis olunması haqqında qanunu təsdiqləyib.

 

Prezident özü bu sənədi fevralın 22-də “təcili” qeydi ilə Ali Radaya təqdim edib.

 

Deputatlar ertəsi gün sənədi qəbul edərək, ilkin variantı bir il müddətinə ordudan tərxis olunmuş şəxslərin hərbi xidmətə çağırılmasından imtina ilə bağlı müddəa ilə tamamladılar.

 

Nigar