Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada  dəmir yolunda yanğının qarşısını alıb

Rusiyada  dəmir yolunda yanğının qarşısını alıb

DÜNYA

249

01.04.2024, 16:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kaluqa vilayətində yerli sakin dəmir yolunda yanğın törətmək istəyib, FSB əməkdaşları tərəfindən saxlanılıb.

 

Oxu24.com   xəbər verir ki, bu barədə regional kəşfiyyat xidmətinin mətbuat xidməti məlumat yayıb.

 

"Kaluqa vilayətinin sakini tərəfindən regional dəmir yolu infrastrukturu obyektini yandırmaq cəhdinin qarşısı alınıb", - məlumatda deyilir.

 

O, saxlanılaraq nəzarətə götürülüb.

 

Faktla bağlı cinayətə hazırlıq, cinayətə cəhd və terror aktı maddələri ilə cinayət işi başlanıb.

 

Təfərrüatlar açıqlanmayıb.

 

Martın 18-də FSB Krımda terror aktı hazırlamaqda şübhəli bilinən rusiyalı qadını saxlayıb.

 

İdarədən bildirilib ki, 24 yaşlı qız Ukrayna kəşfiyyatının göstərişi ilə hərbi nəqliyyata mane olmaq məqsədilə Krım dəmir yolunda relay kabinetini yandıraraq terror aktı törətməyə hazırlaşırmış.

Bundan əvvəl FSB-nin Sverdlovsk vilayətində Trans-Sibir dəmir yolunda terror aktı planlaşdıran rusiyalını saxladığı bildirilirdi.

 

Nigar