Qaynar xətt:

(+99450) 247 90 86

Avropada Ukraynaya qoşun yeritmək barədə söhbətlər getdikcə artır

Avropada Ukraynaya qoşun yeritmək barədə söhbətlər getdikcə artır

DÜNYA

401

31.03.2024, 20:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Finlandiyanın xarici işlər naziri Elina Valtonen Financial Times-a müsahibəsində deyib ki, gələcəkdə Qərb qoşunları Rusiya ilə müharibədə Ukraynaya kömək edə bilər, lakin hələlik onların göndərilməsi məsələsi nəzərdən keçirilmir.

 

Oxu24.com  xəbər  verir  ki,  “İndi qoşun göndərməyin vaxtı deyil və biz bu mərhələdə bunu müzakirə etmək belə istəmirik. Ancaq uzunmüddətli perspektivdə, əlbəttə ki, biz heç nəyi istisna etməməliyik”, - deyə o bildirib.

 

Valtonen belə bir ehtimalı ilk açıqlayan Fransa prezidenti Emmanuel Makronu dəstəkləyib. Onun fikrincə, o, Rusiyanı Ukraynanın müttəfiqlərinin nəyə hazır olduqlarını təxmin etməkdə saxlamaqla düzgün addım atıb.

 

Nigar