Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Qəzzaya nüvə bombası atmağa çağırdı

DÜNYA

198

31.03.2024, 20:32

ABŞ konqresmen Tim Valberq bildirib ki, Birləşmiş Ştatlar Qəzza zolağına humanitar yardım etməməli, əksinə, anklav ərazisinə nüvə bombası atmalıdır.

 

Oxu24.com  xəbər  verir   ki,  bu  barədə  Vaşinqton Post yazıb.

 

Nəşrin məlumatına görə, Uolberq seçicilərdən biri ilə söhbətində bildirib ki, ABŞ Qəzzaya humanitar yardımın çatdırılması ilə bağlı layihələrə bir qəpik də ayırmamalıdır.

 

Bunun əvəzinə konqresmen hesab edir ki, “hər şey Naqasaki və Xirosimadakı kimi olmalıdır” (ABŞ-ın 1945-ci ildə nüvə bombası atdığı Yaponiya şəhərləri – redaktorun qeydi).

 

Daha sonra Uolberqin ofisi siyasətçinin sözləri ilə bağlı izahat yayıb: o, İsrailin Fələstinin HƏMAS qruplaşmasını sürətlə ləğv etməsini dəstəkləmək üçün sözügedən ifadəni məcazi mənada işlətdiyi iddia edilir.

 

Bundan əvvəl ABŞ-ın İsrailə Rəfah şəhərinin təcrid edilməsi və mülki şəxslərə qarşı riskləri azaltmaq üçün məqsədyönlü reydlərin keçirilməsini nəzərdə tutan plan təqdim etdiyi bildirilirdi. Buraya, həmçinin Filadelfiya dəhlizi ilə silah qaçaqmalçılığının qarşısını almaq üçün texnoloji nailiyyətlərdən istifadə etməklə Qəzzanın Misirlə sərhədinin təhlükəsizliyini təmin etmək daxildir.

 

Nigar