Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105193
az

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar

18:2331 Mart, 2024
323
DÜNYA
  • A

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub.

OXU24.COM  xəbər verir ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim üçün qeyri-adi və imkansız görünsə də, hindlilər bura öz yarlarını axtarmağa gəlirlər. Hindistanın bütün ştatlarından bazara gəlin namizədlər öz valideynləri ilə gəlirlər. Bazardakı qiymətlər bahadır və ildə doqquz gün işləyir.

Yəni əgər kimsə özünə bu bazardan ər tapmaq istəyirsə, həmin doqquz gün ərzində özünü çatdırmalıdır.

Kişilər özlərini təqdim etmək məqsədilə bura axışırlar. Xüsusi səliqə ilə geyinib keçinirlər, özlərinə bəzək düzək verirlər. Özlərinə qiyməti də elə özləri qoyurlar. Ailələr adətən bütün bazarı gəzib hər kəsi gözdən keçirdikdən sonra seçimlərini edirlər. Daha sonra alver başlayır. Onu da deyim ki, burada gəlinin sözü keçmir. Söz sahibi yalnız valideynlərdir.

Alış-verişdə adətən kişiyə ya pul təklif olunur, ya da kişinin ailə quracağı qadınla birlikdə ona veriləcək əmlak. Adətən bu zaman kişiyə 3 sual verilir. Hansı kastadan olması soruşulur, hansı təhsili var və dişlərinin vəziyyəti necədir... Bazarda sadə kasıb əhaliyə, həkimlərə, dövlət qulluqçularına, müəllimlərə və mühəndislərə rast gəlmək olar. Ailələr təhsil haqqında attestat və digər sənədləri tələb edirlər.

Maraqlı məqamlardan biri də odur ki, kişilər hesab edirlər ki, təhsilə xərclədikləri pul çoxdursa, qadından daha çox pul tələb edə bilərlər. Hindlilər hesab edirlər ki, boşanmaların sayı ona görə çoxdur ki, gənclər özləri tanış olurlar, ya da biri-birilərini sosial şəbəkələrdə tapırlar. Buna görə də, valideynlər önə düşüb öz qızlarına bu bazarda ər axtarırlar.

Bu bazarı şəhər meydanında təşkil edirlər. Ər namizədlər yüzlərlə kilometr qət edib ildə doqquz gün təşkil olunan bu bazarda özlərinə ailə axtarmağa gəlirlər. Çox zaman da bu səyahət nəticəsiz qalmır. Bazarın təşkilatçıları onillərdir burada öz xoşbəxtliyini tapan insanların siyahısını aparırlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki ildir kosmosdan qayıda bilməyən astronavtlardan xəbər var - FOTOlar
Ölü quşlardan dron düzəltdilər
7 yaşında 20 milyon dollar qazandı

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Şəkidə faciəvi şəkildə ölən gəncin- Fotosu