"Siçovul ovu"na görə mükafat qazandı
27 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
431
31.03.2024, 13:50
Fransa özünü Rusiyanın silahlı təcavüzündən müdafiə edən Ukraynanı hava hücumundan müdafiə üçün yüzlərlə zirehli transportyor və raketlə təmin edəcək.
Oxu24.com xəbər verir ki, Fransanın müdafiə naziri Sebastien Lecornu şənbə günü, martın 30-da axşam saatlarında “La Tribune” nəşrinə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, VAB zirehli transportyorları qoşunların hərəkətliliyini təmin etmək üçün həyati əhəmiyyət kəsb edir.
“2024-cü ildə və 2025-ci ilin əvvəlində yüzlərlə belə zirehli transportyoru təhvil verəcəyik”, o əlavə edib.
Fransa hazırda çoxunun yaşı 40-dan yuxarı olan VAB zirehli transportyorlarından ibarət donanmasını müasir Qriffon zirehli transportyorları ilə əvəz edir. "Ancaq köhnə modellər hələ də istifadə edilə bilər",-deyə Lecornu bildirib.
Bundan əlavə, Paris Kiyevə SAMP/T hava hücumundan müdafiə sistemləri üçün Aster-30 raketlərinin yeni partiyasını verəcək.
Ukrayna müttəfiqlərinə dəfələrlə xəbərdarlıq edib ki, təcili olaraq əlavə maliyyə və hərbi yardıma ehtiyacı var.
Hazırda Vaşinqtonda Ukraynaya 60 milyard dollarlıq yeni hərbi yardım paketinin qarşısı alınıb. Müxalif Respublikaçılar bu il yüksək hökumət postuna yenidən seçilmək istəyən keçmiş ABŞ prezidenti Donald Trampın göstərişi ilə buna mane olurlar.
Fransa keçmişdə Almaniyaya nisbətən Ukraynaya çox az hərbi yardım göstərdiyinə görə tez-tez tənqid olunurdu.
Nigar
23:54 / 27 Noyabr 2026
4
23:40 / 27 Noyabr 2026
53
23:40 / 27 Noyabr 2026
51
23:35 / 27 Noyabr 2026
67
23:32 / 27 Noyabr 2026
189
23:28 / 27 Noyabr 2026
70
23:27 / 27 Noyabr 2026
68
23:26 / 27 Noyabr 2026
69
23:05 / 27 Noyabr 2026
83
22:56 / 27 Noyabr 2026
81
22:48 / 27 Noyabr 2026
105
22:35 / 27 Noyabr 2026
96
22:22 / 27 Noyabr 2026
131
22:16 / 27 Noyabr 2026
98
22:09 / 27 Noyabr 2026
106
22:08 / 27 Noyabr 2026
138
22:06 / 27 Noyabr 2026
106
22:00 / 27 Noyabr 2026
159
21:59 / 27 Noyabr 2026
177
21:44 / 27 Noyabr 2026
438
21:43 / 27 Noyabr 2026
105
21:36 / 27 Noyabr 2026
114
21:23 / 27 Noyabr 2026
147
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.