Qaynar xətt:

(+99450) 247 90 86

Terrorda şübhəli bilinən şəxsin analığı nələri danışdı?

Terrorda şübhəli bilinən şəxsin analığı nələri danışdı?

DÜNYA

419

31.03.2024, 13:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Moskva yaxınlığındakı “Krokus Siti Holl”da terror aktı törətməkdə təqsirləndirilən Məhəmmədsobir Fayzovun atasının ikinci həyat yoldaşı Kumri Səfərova RİA Novosti-yə bildirib ki, onu  yalnız uşaqlıqda görüb.

 

Oxu24.com  xəbər  verir  ki,  Jurnalistlər Fayzovun yaşadığı ünvana gəlib, qapını özünü Kümri Səfərova kimi təqdim edən qadın açıb.

 

O, Məhəmmədsobirin atası Zakircon Fayzovun ikinci həyat yoldaşı olduğunu və 16 ildir onunla yaşadığını bildirib.

 

Səfərova qeyd edib ki, Məhəmmədsobir onun oğlu deyil.

 

Bundan əlavə, qadın Məhəmmədsobiri yalnız uşaqlıqda gördüyünü, ərinin başqa nikahdan olan övladları ilə ünsiyyət qurmadığını bildirib.

 

“Mən fevralın 28-də gəldim, ərim və qardaşı oğlundan başqa burada heç kim yox idi. Mən onu (Məhəmmədsobir – Oxu24.com ) tanımıram",-deyə  qadın  bildiib.

 

Onun sözlərinə görə, terror aktından sonra ona deyiblər ki, guya Məhəmmədsobir bu mənzildə 4-5 ay yaşayıb, lakin onun özündə belə bir məlumat yoxdur.

 

Bundan əvvəl İvanovo vilayətinin Teykovo şəhərində Məhəmmədsobir Fayzovun işlədiyi bərbərxananın bağlandığı bildirilirdi.

 

Nigar