Qaynar xətt:

(+99450) 247 90 86

Qar uçqunu kəndi əlaqəsiz qoydu

Qar uçqunu kəndi əlaqəsiz qoydu

DÜNYA

317

30.03.2024, 22:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dağıstanın Elbok kəndi qar uçqunu səbəbindən dünya ilə əlaqəsi kəsilib.

 

Oxu24.com  xəbər  verir  ki,  bu  barədə  Mash Telegram kanalı bölgədəki vəziyyət haqqında yazır.

 

Hadisə martın 23-də respublikanın Tsuntinski rayonunda, Elbok və Xatlı kəndləri arasında güclü qar yağdıqdan sonra baş verib.

 

Uçqun kütləsinin həcmi bir milyon kubmetr təşkil edib.

 

Hadisə nəticəsində yerli "Kidero - Xutrakx" avtomobil yolu bağlanıb.

 

Bu, yerli sakinlərin məktəbə və xəstəxanaya getmək üçün istifadə etdiyi yeganə yoldur.

 

Ən yaxın təhsil müəssisəsi Elbokdan 5 kilometr, yerli xəstəxana isə 12 kilometr aralıda yerləşir.

Kənd sakinlərinin şikayətləri ilə əlaqədar rayon rəhbərliyinin nümayəndələri hadisə yerində olublar. Ancaq bir həftə keçməsinə baxmayaraq, vəziyyət dəyişməyib. Dağıstanavtodordan verilən məlumata görə, qarın bir hissəsi götürülüb, lakin yolun bu hissəsi ilə hərəkət bağlı olaraq qalır. Elbokun 200-ə yaxın əhalisi var.

 

Nigar