Trampdan jurnalistlərə qarşə sərt addım: Qadağan etdi
19 Sentyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
359
29.03.2024, 19:54
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bağlı Almaniyanın DAVA partiyası Almaniyada bank hesabı aça bilmir.
Oxu24.com xəbər verir ki, bu barədə “BILD in Russian” Telegram kanalı məlumat yayıb.
Üç ay əvvəl Almaniyada müsəlman azlığın maraqlarını qorumaq məqsədi daşıyan Almaniyanın DAVA (Müxtəliflik və Oyanış üçün Demokratik Alyans) partiyası yaranıb.
Bir çox ekspertlər bu siyasi qüvvəni az qala Ərdoğanın Ədalət və İnkişaf Partiyasının Almaniyadakı nümayəndəliyi adlandırırlar.
Məlumdur ki, DAVA Avropa Parlamentinə seçkilərdə iştirak etmək planları ilə Almaniya hakimiyyətini və ölkənin siyasi isteblişmentini hədsiz dərəcədə təşvişə salıb.
Berlin Ankaranın Almaniyadakı vəziyyətə fəal şəkildə təsir göstərməyə başlayacağından qorxurdu.
İndi alman bankları DAVA üçün hesab açmaqdan imtina edirlər.
Partiyanın əsas namizədi Fatih Zingal, "Sadəcə bank hesabı ala bilmirik, artıq bir çox bankla əlaqə saxlamışıq",-deyə bildirib.
Əksər maliyyə qurumları imtinanın səbəbini belə açıqlamır, bəziləri isə mənfi cavabın öz reputasiyalarından qorxmaları ilə izah olunur.
DAVA-nın liderlərindən biri Teyfik Özcanın sözlərinə görə, partiya seçki kampaniyası üçün üzvlük haqları və Almaniyadan gələn sponsorların ianələri hesabına vəsait toplayacaq. Lakin DAVA-nın bank hesabı yoxdursa, heç kim ona pul köçürə bilməyəcək.
Miri
00:55 / 19 Sentyabr 2026
36
23:59 / 18 Sentyabr 2026
73
23:49 / 18 Sentyabr 2026
58
23:37 / 18 Sentyabr 2026
57
23:19 / 18 Sentyabr 2026
197
23:02 / 18 Sentyabr 2026
85
22:45 / 18 Sentyabr 2026
93
22:29 / 18 Sentyabr 2026
185
22:17 / 18 Sentyabr 2026
65
22:05 / 18 Sentyabr 2026
99
21:56 / 18 Sentyabr 2026
91
21:52 / 18 Sentyabr 2026
80
21:31 / 18 Sentyabr 2026
95
21:20 / 18 Sentyabr 2026
85
21:19 / 18 Sentyabr 2026
83
21:08 / 18 Sentyabr 2026
102
20:58 / 18 Sentyabr 2026
173
20:49 / 18 Sentyabr 2026
371
20:47 / 18 Sentyabr 2026
87
20:44 / 18 Sentyabr 2026
70
20:29 / 18 Sentyabr 2026
72
20:27 / 18 Sentyabr 2026
1804
20:24 / 18 Sentyabr 2026
211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.