Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105044
az

Solovyov yenə geri addım atdı - Uğursuz erməni sifarişi

21:2528 Mart, 2024
168
DÜNYA
  • A

Rusiyada baş verən dəhşətdən 6 gün keçir. Emin Ağalarova məxsus "Crocus City Hall"da törədilən teraktın sifarişçisi hələ də dəqiqləşməyib. Rusiya prezidenti Vladimir Putin bu hadisədə Ukraynanı günahlandırıb. O, bildirib ki, sifarişçi ölkə Ukraynadır, törədənlər isə radikal dindarlar. Ölkə başçısı matəm elan edib, konsert salonunda baş vermiş terror aktı ilə bağlı keçirdiyi müşavirədə qatillərin və sifarişçilərin ən qısa zamanda cəzalandırılacağını söyləyib.

Partlayışdan qısa müddət sonra İŞİD ( İraq Şam İslam Dövləti ) məsuliyyəti öz üzərinə götürüb. Terror aktını törədənlərin Tacikistan vətəndaşları olduqları deyilir. Hərçənd ki, Tacikistan rəsmiləri bunu təkzib edir. Şübhəlilər polis tərəfindən saxlanılıb, 4-ü terrorçu olmaqla, 11 nəfər hakim qarşısına çıxarılıb. Hakim qarşısına çıxarılan şübhəlilərin üz-gözünün şiş olması diqqətdən yayınmayıb.

Terror aktından sonra dəymiş real zərər 10 milyard rublu (107 milyon dollardan çox) ötüb. "Crocus Group"un sahibi, azərbaycanlı iş adamı Araz Ağalarovun oğlu, Xalq artisti Emin Ağalarov atası ilə birgə dəhşətli terror aktı qurbanlarına yardım göstərmək məqsədi ilə Müslüm Maqomayev Fonduna 100 milyon rubl (təxminən 1,8 milyon manat) pul köçürüb. O, ölənlərin ailəsinə başsağlığı verib,  "Crocus"un bərpası ilə bağlı hər hansı yekun qərarın olmadığını söyləyib.

Göründüyü kimi, dəhşətli hadisədə zərərçəkənlər sırasında həmyerlilərimiz də var. İllərlə terrordan əziyyət çəkmiş bir xalq kimi Azərbaycan terakta ən tez reaksiya verən ölkələr sırasında idi. Prezident İlham Əliyev ən qısa zamanda Rusiyaya başsağlığı məktubu ünvanlayıb, Putinə zəng edib. Demək olar ki, bir çox ölkələrdə bu qanlı hadisə qətiyyətlə pislənib, sifarişçilərin sərt cəzalandırılması tələb olunub. Lakin, bir ölkə var idi ki, Rusiyanın kədərinə şərik deyildi. Onlar hadisənin "Krokus"da baş verməsinə sevinən ermənilər idi. Ermənilərin bu dəhşətə sevinməsi bir yana, Rusiyada maliyyələşdirdiyi şəxslər vasitəsi ilə cəmiyyətdə yanlış fikir formalaşdırmağa, təbliğata keçdilər. Məhz bu cür yersiz davranış dəfələrlə ermənipərəst çıxışları ilə gündəmə gələn jurnalist Solovyovdan gəldi. Terror aktında "azərbaycanlı izi" axtarmağa başlayan Solovyovun Azərbaycana münasibəti və hər fürsətdən istifadə etdiyi bəllidir.
 

Solovyovun anti-Azərbaycan fəliyyəti göstərməsinin bir səbəbi kimi həyat yoldaşının ona azərbaycanlı bir şəxslə xəyanət etməsi göstərilir: "Solovyovla bağlı kulislərdə danışılan daha bir mövzu da var. Qeyd olunur ki, bu şəxs üç dəfə evli olub. Solovyovun ikinci arvadı ona bir azərbaycanlı ilə xəyanət edib. Bu xəyanətdən sonra qadın Solovyovdan ayrılıb və həmin azərbaycanlıya qoşularaq qaçıb. Qadın indiyə qədər də o azərbaycanlı ilə bir yerdə yaşayır. Hətta sözügedən azərbaycanlının iki övladı da həmin qadındandır. Solovyovun həyat yoldaşının azərbaycanlı bir kişi tərəfindən ələ alınması, bir yerdə yaşamaları onda Azərbaycana və azərbaycanlılara qarşı şəxsi mənada bir qıcıq yaradır. Bu, çoxdan olmuş bir hadisədir. Hətta onun azərbaycanlılara qarşı neqativ, xoş olmayan münasibətini daha çox bununla izah edirlər. Düzdür, vaxtilə Solovyovun özü buna münasibət bildirmişdi və belə bir hadisə baş vermədiyini dilə gətirmişdi. Amma Rusiyada hər kəs bu haqda danışır və bu mövzu gündəmdədir", - "Baku TV"-nin Qərbi Azərbaycan Departamentinin rəhbəri Turan İbrahimov bildirib.

Cəmiyyəti yanlış yönləndirməklə məşğul olan Solovyov media prinsipləri, söz və ifadə azadlığının imkanları ilə aşkar manipulyasiya edir. Onun terrorda "Azərbaycan izi" axtarmaq cəhdləri ermənipərəst mövqeyinə görədir. Görünür, sonuncu dəfə hazırda Bakıda həbsdə olan separatçı David Babayanı efirə çıxardığı üçün Azərbaycandan üzr istəyən Solovyov bu hərəkəti üçün "darıxıb".

Qeyd edək ki, Solovyov Azərbaycanla bağlı geri addım atıb. O, "Crocus"da törədilən terror aktında guya azərbaycanlının iştirakına eyham vurduğu təxribat xarakterli açıqlamalarına aydınlıq gətirməyə çalışıb.

"Maraqlıdır ki, məni hansısa milləti və ya ölkəni təhqir etməkdə günahlandırırlar. Bəli, o 4 qatil haqqında ilk məlumat çıxanda soyadlardan biri mənə azərbaycanlıya aid olduğu kimi göründü. Erməni və ya qazax kimi də görünə bilərdi. Mənim bütün millətlərin nümayəndələrinə münasibətim çox yaxşıdır. Mən sovet beynəlmiləlçisiyəm", deyə o, qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dukono vulkanı püskürməyə başladı
"Bert" fırtınası Böyük Britaniyanı cənginə aldı
Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
31 il əvvəl törədilmiş qətlin   üstü   açıldı