Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya qəzaya uğrayan təyyarə ilə bağlı məlumat yaydı

DÜNYA

214

28.03.2024, 19:45

Martın 28-də şəhər qubernatoru Mixail Razvojayev bildirib ki, Sevastopol yaxınlığında hərbi təyyarə dənizə düşüb.

 

Oxu24.com  xəbər  verir  ki, onun sözlərinə görə, pilot havadan çıxarılaraq xilasedicilərə təhvil verilib.

 

"Hərbi təyyarə dənizə düşdü... Pilot atıldı", - Razvojaev Telegram kanalında yazıb.

 

Xilasedicilər pilotu sahildən 200 metr aralıda çıxarıblar.

 

Pilotun həyatı üçün təhlükə yoxdur.

 

Razvojayev vurğulayıb ki, təyyarənin dənizə düşməsi nəticəsində mülki obyektlərə ziyan dəyməyib.

 

Sevastopol qubernatoru yalnız rəsmi məlumat mənbələrinə etibar etməyə çağırıb.

 

 

 

Nigar