Qaynar xətt:

(+99450) 247 90 86

Əməkdar artistin qızıllarını oğurlayan şəxslər tutuldu

Əməkdar artistin qızıllarını oğurlayan şəxslər tutuldu

DÜNYA

324

28.03.2024, 19:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sankt-Peterburqda polis Rusiyanın əməkdar artisti Yevgeniya İqumnovanın kottecindən oğurluq faktının üstünü açıb.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə MİA Media məlumat yayıb.

 

Martın 26-da 50 yaşlı ərizəçi hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb: qadın bildirib ki, naməlum şəxslər onun Polevaya küçəsindəki kottecindən pul və qızıl-zinət əşyalarını oğurlayıblar. Sankt-Peterburq sakini dəymiş ziyanı 9,5 milyon rubl qiymətləndirib.

 

Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

 

Onların Leninqrad vilayətinin əvvəllər məhkum olunmuş 38 və 46 yaşlı sakinləri olduğu üzə çıxıb.

 

Onların barəsində “oğurluq” maddəsi ilə cinayət işi başlanıb.

 

Nigar