Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105023
az

Rusiya BMT Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı sanksiyalar layihəsini bloklayıb

19:3028 Mart, 2024
217
DÜNYA
  • A

Rusiya BMT Təhlükəsizlik Şurasında beynəlxalq təşkilatın sanksiyalar komitəsinin ekspertlərinin KXDR üzrə işini daha bir il uzadacaq ABŞ qətnamə layihəsini bloklayıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Eyni zamanda, Çin nümayəndəsi səsvermədə bitərəf qalıb və dünya təşkilatının Təhlükəsizlik Şurasının bütün digər üzvləri təklif olunan təşəbbüsü təsdiqləyib.

 

Sənəd layihəsinin mətnində deyilir ki, BMT Təhlükəsizlik Şurası “Şimali Koreyaya qarşı sanksiyalara nəzarət etmək üçün ekspertlər qrupunun mandatını 2025-ci il aprelin 30-dək uzadmağa qərar verir”.

 

Ekspert Qrupu 2009-cu ildə yaradılıb və səkkiz mütəxəssisdən ibarətdir. Komitəyə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən, həmçinin Yaponiya, Cənubi Koreya və Sinqapurdan nümayəndələr daxildir.

 

Qrupun əsas vəzifəsi KXDR-ə qarşı sanksiyalar komitəsinə informasiya dəstəyi verməkdir. Bu işdə ekspertlər daha çox məsləhətçi rol oynayırlar.

 

Martın 28-də Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin KXDR-in dövlət təhlükəsizliyi naziri Li Çanq De ilə ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi məsələsini müzakirə edib.

 

Eyni zamanda Narışkinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti Şimali Koreyanın Dövlət Təhlükəsizlik Nazirliyinin əməkdaşları ilə görüşüb.

 

Bundan əvvəl Cənubi Koreya KXDR-ə görə Rusiya şirkətinə qarşı sanksiyalar tətbiq etmişdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur ulduzun malikanəsində şər ruhlar dolaşır -ŞOK İDDİA
Türkiyədə çökən mədəndən 2 nəfər XİLAS EDİLDİ
Makronun ARVADI KİŞİDİR -Ouens sübutları dərc edəcəyinə SÖZ VERDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı